Aktyor və
aparıcı Defne Joy Foster 2 fevral 2011-ci ildə İstanbulun Kadıköy rayonunun Caddebostan səmtində, Əhməd Altanın oğlu Kerem Altanın evində dünyasını dəyişmişdi. Bu kədərli hadisə Türkiyəni dərindən sarsıtmış, o, arxasında kiçik bir oğul övladı qoymuşdu.
Can Kılıç'ın İndi 16 Yaşı Var
Bu gün 16 yaşı olan
Can Kılıçın son görünüşü sosial mediada böyük marağa səbəb olub. Ötən gün idman zalında çəkdirdiyi fotosunu Instagram hesabında paylaşan gənc oğlanın fiziki dəyişimi və anasına olan bənzərliyi diqqət mərkəzinə düşüb. Şəkil qısa zamanda gündəmə gələrək minlərlə istifadəçi tərəfindən geniş yayılıb. Bu paylaşımlar sosial mediada xüsusi yer tutaraq müzakirələrə yol açıb.
Həyat Yoldaşı Yenidən Ailə Qurdu
Sənətçinin vəfatından səkkiz ay sonra, həyat yoldaşı İlker Yasin Solmaz "Övladım çox kiçikdir, onun ana sevgisinə ehtiyacı var" deyərək, uşaq bağçası müdiri Beyza Dankal ilə evlənmişdi. Beyza Dankal ilə xoşbəxt bir ailə quran Solmaz, oğlu Canı da öz yanına alaraq böyütmüşdü. Onların birlikdə xoşbəxt həyat qurmaları hər kəs tərəfindən müsbət qarşılanıb.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz