İdman 25.06.2025

Dünya Nəhəngi Borclara Görə Küçüldü

Dünya Nəhəngi Borclara Görə Küçüldü

"Olympique Lyon" borclar səbəbindən aşağı liqaya düşürüldü

Fransa futbolunun köklü klublarından olan və 1950-ci ildə qurulan Olympique Lyon maliyyə problemləri ilə üzləşərək aşağı liqaya düşüb. Bir dövr Liqa 1-ə damğasını vuran bu tarixi klub, gələn mövsüm Liqa 2-də mübarizə aparacaq.

Maliyyə böhranı və DNCG qərarı

Keçən ilin noyabr ayında maliyyə vəziyyətinə görə müvəqqəti releqasiya cəzası və transfer qadağası alan Fransanın bu təmsilçisi, indi rəsmən aşağı liqaya salınıb. Lion klubunun aşağı liqaya düşməməsi üçün borcunun 500 milyon avroluq hissəsini təmizləməsi tələb olunurdu. Lakin bu şərt yerinə yetirilməyib.

Fransız futbolunda maliyyə nəzarətini həyata keçirən DNCG qurumu, Olympique Lyon'un borcunun 450 milyon avrodan 508 milyon avroya yüksəldiyini müəyyən edib. Bu göstərici klubun ağır vəziyyətini bir daha ortaya qoyub.

Klubun son mövsüm performansı

Geridə qoyduğumuz mövsümdə Liqa 1-i 57 xalla 6-cı sırada tamamlayan Olympique Lyon, UEFA Avropa Liqasında isə dörddəbir finalda "Mançester Yunayted"ə məğlub olaraq mübarizəni dayandırmışdı. Klubun bu son performansı belə, onları maliyyə böhranının nəticələrindən qurtara bilməyib. Bu releqasiya qərarı, Fransa futbolunda böyük rezonans doğurub.

24 saat