Trendyol Süper Ligdə Fenerbahçe ilə Hesap.com Antalyaspor, Çobani Stadionunda qarşılaşıb. Mübarizə sarı-lacivərdlilərin 2-0 hesablı qələbəsi ilə başa çatıb. Ev sahibi komandanın qələbə qollarını 65-ci dəqiqədə penaltidən Talisca və əlavə dəqiqələrdə Şimanski vurub.
Fenerbahçe bu qələbə ilə liqada 2 oyunluq fasilədən sonra qələbə qazanıb və xalını 15-ə yüksəldib. Antalyaspor isə 10 xalda qalıb.
## Montella matçı izlədiFenerbahçe-Antalyaspor matçını Türkiyə milli komandasının baş məşqçisi Vinçenzo Montella da yerində izləyib. Montella matçı Daniele Russo və Hakan Balta ilə birlikdə seyr edib.
## Güllü unudulmadıFenerbahçe klubu, Yalovadakı evinin terasından yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan müğənni Gül Tutu unutmayıb. Qarşılaşmadan əvvəl Güllünün mahnıları stadionda səsləndirilib, azarkeşlər mahnılara eşlik ediblər.
Oxucu Şərhləri
Şərh Yaz