ABŞ prezidenti Donald Trampın ABŞ-ın
Portland şəhərinə minlərlə
federal əsgər yerləşdirməsindən sonra şəhər əhalisi küçələrə axışaraq Trampın qərarına etiraz etdi. Bu qərar, ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) binasına edilən silahlı hücumdan sonra verildiyi üçün ictimaiyyətdə böyük qəzəbə səbəb oldu.
Bazar günü günorta yüzlərlə insan
Portlanddakı ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi binasının önündə toplandı. Etirazçılar Tramp administrasiyasının
Milli Qvardiya əsgərlərini şəhərə göndərməsinə qarşı çıxdılar. Damlarda uzunlüləli silahlarla patrul edən
federal əsgərlərin nəzarəti altında ailələr, uşaqlar və aylardır ICE binası qarşısında aksiya keçirən maskalı qruplar bir araya gəldi. Təbil səsləri və şüarlarla dolu izdiham dinc şəkildə etiraz aksiyası keçirdi. Lakin axşam saatlarında polis müdaxiləsi sərtləşdi.
FEDERAL ƏSGƏRLƏRİN KÜÇƏLƏRƏ ENMƏSİNƏ REAKSİYALAR
Axşam saatlarında etirazlar daha da gücləndi. ICE agentləri bir avtomobili binaya salmağa çalışarkən bəzi nümayişçilər gözyaşardıcı qazlı plastik güllələrlə vuruldu. Əvvəlki gecələrə nisbətən əks görüşlü qrupların sayı artarkən şifahi mübahisələr də tez-tez baş verdi. Lakin diqqət immiqrantlardan daha çox, şəhərə daxil olan
federal əsgərlərə yönəldi.
Nümayişin təşkilatçılarından biri, özünü bir qazinin həyat yoldaşı kimi tanıdan Dina, "Trampın qoşunları şəhərlərimizə göndərməsi ərimin şərəfinə toxunan bir yaradır" dedi. Təhlükəsizliyindən narahat olduğu üçün soyadını açıqlamayan Dina, "Biz qeyri-qanuni əmrləri yerinə yetirənləri qəbul etməyəcəyik" deyə qeyd etdi.
ETİRAZLAR ARTDIQCA DAHA ÇOX ASGƏR GÖNDƏRİLDİ
ABŞ prezidenti Tramp administrasiyası etirazlardan sonra daha 200 Oreqon Milli Qvardiya əsgərini təcili olaraq
Portlanda göndərdi. Buna səbəb kimi "federal işçilərin qorunması" göstərildi. Demokrat liderlər bunun yersiz olduğunu və prezidentin şəhəri olduğundan daha pis göstərməyə çalışdığını müdafiə etdilər. Respublikaçılar isə bu qərarı dəstəklədilər. Oreqon ştatı və
Portland rəhbərliyi federal hökumətin səlahiyyətlərini aşdığını iddia edərək məhkəməyə müraciət etdi.
Nümayişin təşkilatçısı Dina isə izdihama səslənərək dedi: "Biz təhlükəli deyilik, sadəcə bu administrasiyanın qeyri-qanuni hərəkətlərindən bezmiş adi vətəndaşlarıq."
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz