Yeni mövsümə hazırlıq çərçivəsində "Fənərbaxça" hazırlıq matçında Portuqaliyanın "Benfika" klubunun qonağı olub. Beş qolun qeydə alındığı qarşılaşmada "Benfika" 3-2 hesabı ilə qalib gəlib. "Benfika"nın qollarını Kərəm Aktürkoğlu, Arçi Braun (öz qapısına) və Enrike Araujo vurub. "Fənərbaxça"nın qollarına isə İrfan Can Kahveci və Youssef En-Nesyri imza atıblar.
## İkinci hissədə meydana daxil olan oyunçu zədələndiPortuqaliya təmsilçisində matça ehtiyat oyunçular skamyasında başlayan Bruma, ikinci hissədə Joao Velosonun əvəzinə oyuna daxil oldu. Bir dövrdə "Fənərbaxça" forması da geyinən portuqaliyalı futbolçu, 79-cu dəqiqədə zədəsi səbəbindən meydanı tərk etmək məcburiyyətində qalıb.
"Benfika" klubunun internet saytı vasitəsilə yayımladığı açıqlamada Brumanın zədəsi ilə bağlı son məlumatlar paylaşılıb. Açıqlamada təcrübəli futbolçunun sol aşil vətərinin qopduğu və əməliyyat olunacağı bildirilib. Portuqaliya mətbuatında yer alan xəbərlərə görə Bruma, mövsümün qalan hissəsində forma geyə bilməyəcək.
Oxucu Şərhləri
Şərh Yaz