Dünya 01.08.2025

Finlandiya Fələstin dövlətini tanımağa hazır

Finlandiya Fələstin dövlətini tanımağa hazır

Finlandiya Prezidentindən Fələstin dövləti ilə bağlı açıqlama

Finlandiya Prezidenti Aleksandr Stubb sosial media hesabında Fələstin dövlətinin tanınması ilə bağlı əhəmiyyətli bir paylaşım edib. O, həm israillilərin, həm də fələstinlilərin uzun müddətdir böyük ağrılar çəkdiyini qeyd edib. Prezident Stubb İsraildəki şiddət təhlükəsinin real olduğunu, HƏMAS kimi bir çox terror təşkilatının və bəzi ölkələrin İsrailin varlığını hələ də qəbul etmədiyini vurğulayıb. Eyni zamanda, Qəzzadakı vəziyyətin qeyri-insani olduğunu, uşaqların ərzaq çatışmazlığından aclıqdan öldüyünü və ərzaq axtaran mülki şəxslərin vurulduğunu bildirib.

Fələstin-İsrail münaqişəsində iki dövlətli model zərurəti

Prezident Stubb, regionda uzunmüddətli həll yolu və sülhün əldə edilməsi üçün iki dövlətli modelin zəruriliyini qeyd edib. O, Fransanın, İngiltərənin və Kanadanın Fələstin dövlətini tanıma planlarını xatırladaraq, əlavə edib ki, əgər Finlandiya da Fələstini tanıyarsa, bu addım öz növbəsində sülhün təşviqinə töhfə vermiş olacaq. Stubb, eyni zamanda, hələ də İsraili tanımayan Ərəb ölkələrinin İsraili tanımasının vacibliyini xüsusi vurğulayıb.

Prezident Stubb qərar qəbul etməyə hazırdır

Prezident Stubb bildirib ki, bir dövlətin tanınması prezidentin qərarı olsa da, bu, hökumətin təklifi əsasında olmalıdır. O, Fələstin dövlətinin tanınması istiqamətində bir təklif gələrsə, onu qəbul etməyə hazır olduğunu dilə gətirib. Təklifi verib-verməmək isə hökumətin səlahiyyətindədir. Stubb, Finlandiya vətəndaşlarının Fələstinin tanınması məsələsində müxtəlif fikirlərə sahib olduğunu və bəzi narahatlıqların mövcudluğunu anladığını qeyd edib. O, Fələstin də daxil olmaqla, xarici siyasət məsələlərində açıq, dürüst və obyektiv müzakirələri təşviq etmək niyyətində olduğunu bildirib.

Gərgin müzakirələr və beynəlxalq dəstək

Qeyd edək ki, Finlandiyada ifrat sağçı Fin Partiyası və Xristian Demokratlar Fələstin dövlətinin tanınmasına qarşı çıxırlar. Beynəlxalq arenada isə Fransa və Kanada başda olmaqla bir çox ölkənin 2025-ci ilin sentyabrında keçiriləcək 80-ci Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasında Fələstin dövlətini tanıyacağını elan etdiyi məlumdur.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz