Şou 07.07.2025

Gizli eşqi inkar etdilər, yaxalandılar

Gizli eşqi inkar etdilər, yaxalandılar

"Survivor 2025" sonrası sevgi iddiaları və boşanma

2025-ci il Survivor yarışması başa çatdıqdan sonra Efecan Dianzenza ilə Yağmur Banda arasında gizli sevgi münasibəti olduğu iddiaları yayılmışdı. Bu xəbərlərdən sonra Duyğu Dianzenza sosial şəbəkədə həyat yoldaşı Efecanla olan bütün fotolarını silmişdi.

Səkkiz illik evlilik sona çatdı

Səkkiz ildir evli olan Efecan və Duyğu Dianzenza cütlüyü boşanma qərarını elan edib. Duyğu Dianzenza açıqlamasında, "Efecanla 16 illik münasibətimiz, səkkiz illik evliliyimiz bu gün rəsmi olaraq başa çatdı. Bir qızım olduğu üçün danışmaq istəmirəm. Dəstəyinizə minnətdaram" ifadələrini işlədib.

Yağmur Banda iddiaları rədd edib

Yağmur Banda da susqunluğunu pozaraq bəyanat vermişdi: "Haqqımda irəli sürülən iddialar əsassız və qərəzlidir. Həyatım üzərindən gündəm yaradılmasını qəbul etmirəm. Hadisələr bu dərəcəyə çatana qədər kimin nə düşündüyü, nə dediyi ilə maraqlanmırdım. Bu səbəbdən bütün xoşagəlməz yazıları, haqsız şərhləri və ittihamları qətiyyətlə rədd edirəm."

Xaricdə görüntüləndilər

Sevgi iddialarını hər dəfə təkzib edən Efecan və Yağmur bir neçə gün sonra xaricdə əylənərkən görüntülənib. Banda'nın sosial şəbəkədəki son paylaşımları Tayland və Phuketdən olub.

24 saat