Gündəm 15.07.2025

İnstagrama Köpək Şəkilləri Yüklədi 2 Milyon TL İtirdi

İnstagrama Köpək Şəkilləri Yüklədi 2 Milyon TL İtirdi
Rochelle Marinato, Avstraliyada "Pilates World" adlı idman zalının sahibi, müəssisəsinin kampaniyalarını Instagram hesabı vasitəsilə həyata keçirirdi. Lakin yapay zəkanın onun platformaya yüklədiyi məsum it fotosunu səhv yozması, həyatını bir anda kabusuna çevirdi. Marinato əvvəlcə bunun kiçik bir səhv olduğunu və bir saat ərzində həll olunacağını düşündü. Lakin qısa müddət sonra Meta-dan gələn rəsmi bildirişlə şoka düşdü: "Hesabınız uşaq istismarı, çılpaqlıq və sui-istifadə siyasətlərini pozduğunuza görə daimi olaraq bağlanmışdır."

Yapay zəka fotoşəkili səhv təfsir etdi

Meta-nın moderasiya sistemi tərəfindən aparılan bu dəyərləndirmə tamamilə süni intellektə əsaslanırdı. Marinato paylaşdığı fotoşəkildə yalnız üç itin olduğunu bildirdi. O, 22 ayrı elektron poçt göndərməsinə baxmayaraq, heç bir real şəxslə əlaqə qura bilmədiyini söylədi: "O fotoşəkilə baxan istənilən insan onun məsum olduğunu anlayar. Lakin Meta-da bir insana çatmaq mümkün deyil. Telefon yox, e-poçt yox, heç nə yox. Bu vəziyyət onu tamamilə qaranlıqda qoydu."

Zərər 2 milyon TL-ni ötdü

Hesab bağlandıqdan sonra reklam kampaniyaları, müştəri əlaqələri və qarşılıqlı əlaqə tamamilə dayandı. "Gəlirimiz üç həftə ərzində yüzdə 75 azaldı. Keçən ilin eyni dövrü ilə müqayisə etdim, ümumilikdə 50 min dollar (təxminən 2 milyon TL) zərər çəkdim" deyən sahibkar, hesablarını geri qaytara bilmək üçün üçüncü tərəf bir şirkətə ödəniş etmək məcburiyyətində qaldı.

"Bu, təkcə mənim başıma gəlmədi"

Marinato yaşadıklarının tək hal olmadığını, Meta-nın moderasiya sisteminin dünyanın dörd bir yanındakı kiçik bizneslərə zərər vurduğunu iddia etdi: "Bu sistem pozulmuş vəziyyətdədir. Yapay zəkanın bu qədər böyük gücə malik olub bu qədər səhv etməsi çox təhlükəlidir. Təhlükəli bir enişdəyik."

Avstraliya

24 saat