Gündəm 17.07.2025

İran 1.4 milyon əfqanı deportasiya etdi: Əfqanıstan çöküş ərəfəsində

İran 1.4 milyon əfqanı deportasiya etdi: Əfqanıstan çöküş ərəfəsində

İRAN ƏFQAN MÜLTECİLƏRİNİ KÜTLƏVİ ŞƏKİLDƏ DEPORTASİYA EDİR

İran ölkədəki 4 milyonluq Əfqan mülteci əhalisindən 1 milyondan çoxunu Əfqanıstana geri göndərir. İsraillə əməkdaşlıqda ittiham olunan yüz minlərlə Əfqan ailəsi deportasiya edilib.

İran və Əfqanıstan arasındakı səhra sərhədini hər gün təqribən 20 min nəfər keçir. Onlar yalnız əllərindəki baqajları ilə “Taliban”ın nəzarətindəki Əfqanıstana yollanırlar.

Yanvar ayından bəri İrandan qaçan və ya deportasiya edilən Əfqanların sayı 1.4 milyonu ötüb. Geri döndükləri ölkədə isə onsuz da ağır humanitar böhran və qadınlara qarşı sərt qadağalar hökm sürür. İrandakı təzyiq “Taliban” Əfqanıstanındakına nisbətən daha yüngüldür.

DEPORTASİYA OLUNANLARIN ÇOXU ƏFQANISTANDA DOĞULMAYIB

Qərbi Əfqanıstandakı sıx sərhəd məntəqəsinə gətirilən bu insanlar “New York Times”a yaşadıqları çətinlikləri danışıblar. İranda yaşayan Əfqanların bir qismi elə bu ölkədə doğulub böyüyüb. Digərləri isə uşaqlıqdan bəri Əfqanıstanda olmayıblar. Lakin onların hamısı üçün “Taliban”ın idarə etdiyi Əfqanıstan narahatlıq doğuran bir müəmmadır.

Bu kütləvi deportasiya dalğası İranda çalışan Əfqanların vətənlərinə göndərdikləri pul axınını kəsərək Əfqanıstan iqtisadiyyatını daha da iflic etmək təhlükəsi yaradır. Əfqanıstandakı işsizlik, mənzil böhranı və səhiyyə xidmətlərindəki çöküş onsuz da milyonlarla insanı çətin vəziyyətdə qoyur. Əfqanlar daha da yoxsullaşan bir ölkəyə qayıdırlar.

İSRAİL MÜHARİBƏSİNİN FATURASI ƏFQANLARIN BAŞINA PATLADI

Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, İran dünyanın ən böyük mülteci əhalisinə ev sahibliyi edir. Bunun 95 faizi, yəni təqribən dörd milyonu Əfqanlardan ibarətdir. İran hökuməti isə bu sayın altı milyona çatdığını bildirir. Əfqanlara yalnız 31 vilayətin 10-da yaşamağa və əsasən ağır işlərdə çalışmağa icazə verilir.

Mart ayında İran hökuməti ölkədəki sənədsiz Əfqanların deportasiya ediləcəyini elan etdi və 6 iyulu könüllü gedişlər üçün son tarix təyin etdi. Lakin keçən ay İsraillə yaşanan 12 günlük münaqişədən sonra bu təzyiq daha da sərtləşdi.

İran təhlükəsizlik qüvvələri iş yerlərinə və məhəllələrə basqınlar keçirdi, şəhərlərdəki nəzarət məntəqələrində avtomobilləri saxlatdırdı və çox sayda Əfqanı həbs etdi. Bu şəxslər daha sonra yandırıcı istidə adamlarla dolu deportasiya mərkəzlərinə göndərildi.

24 saat