İranın
Qətərdə yerləşən Əl-Udeyd
Hava Bazasındakı
ABŞ ordusunun kritik
rabitə qübbəsinə həyata keçirdiyi hücumun əks-sədaları davam edir.
Peyk görüntülərinə əsasən, hücum Amerika qüvvələrinin təhlükəsiz rabitə şəbəkəsi üçün istifadə etdiyi strateji əhəmiyyətli qübbəni hədəf alıb. Hadisə nə Pentaqon, nə də
Qətər tərəfindən rəsmi olaraq təsdiqlənməyib; lakin dağıntının miqyası ilk dəfə üzə çıxıb.
ABŞ-a Cavab Hücumu
Hücum 23 iyunda
ABŞ-ın Tehran yaxınlığındakı üç
nüvə obyektini bombardman etməsinə cavab olaraq həyata keçirilmişdi. Sonrakı hadisələr 12 gün davam edən
İran-İsrail müharibəsinin sona çatmasına və
ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə atəşkəs elan edilməsinə səbəb olmuşdu.
Peyk Görüntüləri Zərəri Ortaya Qoydu
Planet Labs-a məxsus
peyk görüntüləri "Modernləşdirilmiş Rabitə Terminalı"nın qorunduğu 15 milyon dollarlıq
rabitə qübbəsinin hücum səhəri hələ də öz yerində olduğunu göstərir. Lakin cəmi iki gün sonra çəkilən yeni görüntülərdə qübbənin tamamilə yox olduğu, yaxınlıqdakı binada da zədələnmə qeydə alındı. Bu
peyk görüntüləri və hücumun analizi Associated Press (AP) tərəfindən araşdırılıb təsdiqlənib.
Hədəfin Kritik Əhəmiyyəti
Times of Israel-də yayımlanan xəbərə görə, bu
rabitə qübbəsinin daxilindəki sistem Amerika ordusunun regional əməliyyatları üçün böyük əhəmiyyət kəsb edirdi. Mütəxəssislərin fikrincə, bu cür dağıntı dəqiq hədəflənmiş bir hücumun izlərini daşıyır. Zərbənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə həyata keçirildiyi ehtimal edilir. Hərbi Hava Qüvvələri tərəfindən 2016-cı ildə tikildiyi bildirilən həmin qübbə Amerika Hərbi Hava Qüvvələrinin təhlükəsiz rabitəsini təmin edən peyk antenası yerləşdirirdi. Pentaqonun sözçüsü Şon Parnell "Business Insider" internet saytına verdiyi açıqlamada, 23 iyundakı hücumun "bazadakı avadanlıq və strukturlara cüzi zərər vurduğunu" təsdiqlədi.
İranın Bəyanatları və Trampın Reaksiyası
İran hücumdan sonra Əl-Udeyd Bazasının "güclü bir raket hücumu ilə hədəf alındığını" bəyan etmişdi.
İran İnqilab Keşikçilərinin açıqlamasına görə, bu hücum Vaşinqtonun regional hərbi şəbəkəsini iflic etmək məqsədi daşıyırdı. Ölkənin dini lideri Ayətullah Əli Xameneiyə yaxın şəxslərdən din xadimi Əhməd Ələmolhoda "Baza ilə bütün əlaqə kəsilib, bütün avadanlıqlar məhv edilib" ifadələrini işlətmişdi.
Digər tərəfdən,
ABŞ prezidenti Donald Trampın qərargahı hücumu "əhəmiyyətsizləşdirərək" cavab vermişdi. Prezident,
İranın 14 raket atdığını, bunlardan 13-nün havada məhv edildiyini və yalnız birinin "zərərsiz" şəkildə başqa istiqamətə yönəldiyini bildirmişdi. Tramp, hücumdan əvvəl "məlumat verildiyini" də qeyd edərək "Erkən xəbərdarlıq sayəsində can itkisi olmadı, heç kim yaralanmadı" deyib. Bu açıqlama hücumun planlı və mesaj xarakterli olması ilə bağlı şərhlərə səbəb olsa da, mütəxəssislərin fikrincə, Tehran məhdud zərərlə, lakin yüksək simvolik əhəmiyyətlə Vaşinqtona qarşı güclü mövqe tutdu.
Hadisələrin Xronologiyası
İsrail,
İran və Amerika arasında nüvə müzakirələri prosesi davam edərkən, 13 iyunda
İranın müxtəlif şəhərlərində nüvə və hərbi obyektlər, eləcə də mülki yaşayış məntəqələrini hədəf alan hücumlara başlamışdı. İsrailə açıq dəstək verən
ABŞ, 22 iyunda
İranın Natanz, Fordo və İsfahandakı 3 nüvə obyektinə hücum təşkil etmişdi. Ölkə, bu hücuma cavab olaraq 23 iyunda
Qətərdəki
ABŞ-ın Əl-Udeyd
Hava Bazasına raket hücumu etmişdi.
ABŞ prezidenti Donald Tramp 24 iyunda
İran və İsrail arasında atəşkəs əldə edildiyini bəyan etmişdi. O, daha sonra
İranla nüvə danışıqlarına başlamaq və Tehranın uran zənginləşdirmə fəaliyyətini tamamilə dayandıracaq bir razılaşma istədiklərini bildirmişdi.
24 saat