Baş Prokurorluq və Hökumət Arasında Uzlaşma: Şin-Bet Direktorunun Təyinatı
Baş prokurorluq ilə hökumət arasında əldə olunan uzlaşma razılaşmasına əsasən,
Netanyahu seçdiyi Şin-Bet direktorunun adını iki ay ərzində təyinat komitəsinə təqdim edəcək. Digər tərəfdən, Şin-Bet adıçəkilən iki ay ərzində Netanyahunun yaxın əməkdaşları və “Katargate” qalmaqalı ilə bağlı aparılan cinayət istintaqlarına öz töhfəsini verməlidir.
Baş Prokuror İstintaqdan Uzaqlaşdırılacaq
İsrail Baş Prokuroru Qali Baharav-Miara yeni Şin-Bet direktorunun “Katargate” istintaqında iştirakına qadağa qoyacaq. Yüksək Məhkəmə Netanyahunun, əsasən “Katargate” olmaqla, ətrafındakı şəxslərlə bağlı istintaqlar səbəbindən
Şin-Bet Direktoru Ronen Bar ilə maraq toqquşması yaşadığı bir vaxtda, əsassız və məhkəmə qərarı olmadan onu vəzifədən azad etmək qərarı verdiyinə diqqət çəkmişdi.
Şin-Bet Direktorunun Vəzifədən Azadedilməsi Prosesi
İsrailin Baş naziri Netanyahu Şin-Bet Direktoru Barı etimadsızlıq səbəbindən vəzifəsindən azad etmək qərarına gəlmişdi. İsrail Baş Prokuroru Qali Baharav-Miara Baş nazirin Şin-Bet direktorunu özbaşına vəzifədən azad edə bilməyəcəyini bildirmişdi. İsrail Yüksək Məhkəməsi isə əvvəlcə Netanyahunun qərarını dondurmuş, daha sonra Barın vəzifədən azad edilməsinə və yerinə başqasının təyin olunmasına mane olan müvəqqəti qabaqlayıcı tədbir qərarı vermişdi.
Netanyahunun Barı vəzifədən azad etmək qərarı İsrail siyasətində qızğın müzakirələrə səbəb olmuş, müxalifətin çağırışları ilə İsrail boyu kütləvi etiraz aksiyaları başlamışdı. Netanyahunun vəzifədən azad etmək istədiyi, lakin Yüksək Məhkəmə tərəfindən əngəllənən Bar “7 Oktyabr” uğursuzluğunun məsuliyyətini öz üzərinə götürdüyünü bildirərək, iyunun 15-də istefa verəcəyini açıqlamışdı. Bar bu uğursuzluğun məsuliyyətini, ilk növbədə siyasi rəhbərlik olmaqla, hər kəsin öz üzərinə götürməli olduğunu vurğulamışdı.
Şin-Bet sözçülüyündən iyunun 15-də verilən açıqlamada, Netanyahunun mübahisəli şəkildə vəzifədən azad etmək qərarı verdiyi Barın qurumdakı xidmət müddətinin başa çatdığı bildirildi. Açıqlamada, Barın rəsmi olaraq vəzifəsindən ayrılmasından sonra onun yerinə müvəqqəti olaraq “Ş” kod adlı daxili
istihbarat təşkilatının direktor müavininin gətirildiyi qeyd olunmuşdu.
24 saat