Dünya 17.08.2025

İsrail baş ravvinindən Netanyahuya sərt çıxış: 'Ateist və etibarsız'

İsrail baş ravvinindən Netanyahuya sərt çıxış: 'Ateist və etibarsız'
Şənbə gecəsi verdiyi vəzində keçmiş Baş ravvin Yosef, Netanyahuya güvəndikləri üçün ultra-ortodoks siyasi liderləri sərt şəkildə tənqid edib. Ravvin, baş naziri "ateist" adlandıraraq, "O bir ateistdir. Belə birinə güvənirsinizmi?" deyə sual ünvanlayıb.

"O BİR ATİSTTİR"

Yosef, Haredilərin hərbi xidmətdən azad edilməsini təmin edəcək qanuni tənzimləmənin keçirilməsi məsələsində Netanyahuya güvənilməməsi lazım olduğunu vurğulayıb. Vəzində o, "O bir ateistdir, heç nəyə inanmır. Belə birinə güvənirsiniz? Niyə ona güvənirsiniz?" sözlərini səsləndirib.

"QAPINI AÇMAYIN"

İsrail ordusunda xidmət etməkdən imtina edən Haredilərin qeyri-mütənasib şəkildə hədəf alınaraq həbs edildiyini iddia edən Yosef, "Qapı döyüləndə kim olduğunu yoxlayın. Əgər onlar olsalar, qapını açmayın" xəbərdarlığını edib. Keçmiş Baş ravvin, əlavə edib ki, əgər azadetmə qanunu qəbul edilməsə, Haredilər kütləvi şəkildə İsraili tərk edə bilərlər.

Haredi Partiyaları Hökumətdən Çəkilmişdi

Şas Partiyası ilə Degel HaTorah və Aqdat İsrail partiyalarının təşkil etdiyi Birləşmiş Tövrat Yəhudiliyi ittifaqı, Harediləri hərbi xidmətdən azad edəcək qanun layihəsinin Parlamentin gündəminə gətirilməməsi səbəbindən keçən ay hökumətdən çəkilmişdi. Bu qərarla, Netanyahu hökuməti 120 yerlik Parlamentdə 50 millət vəkilinin dəstəklədiyi azlıq hökuməti vəziyyətinə düşmüşdü.

Nə Baş Vermişdi?

İsrail qanunlarına görə, 18 yaşını keçən hər kəsin məcburi hərbi xidmət keçməsi tələb olunsa da, Haredilərin hərbi xidmətdən azad edilməsi məsələsi illərdir ölkədə müzakirə mövzusu idi. İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən, xüsusilə Qəzza zolağında artan hərbi əməliyyatları səbəbindən əsgər ehtiyacının çoxalması ilə Haredilərin orduya çağırılması məsələsi gündəmə gəlmişdi. İsrail Ali Məhkəməsi 25 iyun 2024-cü ildə Haredi kişilərinin məcburi hərbi xidmətdən azad edilməsinin qanuni əsasının olmadığına və hərbi xidmətə yararlı olanların vəzifəyə çağırılmalı olduğuna qərar vermişdi. Qeyd olunur ki, hökumət hərbi xidmətə yararlı təxminən 80 min Haredi kişisindən 24 minə yaxınına hərbi çağırış vərəqəsi göndərib, iyul ayından etibarən 2025-2026-cı hərbi xidmət dövrü üçün "ehtiyat" kimi müəyyən edilən qrupun qalan hissəsinə əmr göndərəcək. Haredilərin hərbi xidmətdən azad edilməsini təmin edəcək bir qanunun çıxarılmaması səbəbindən Netanyahunun Yəhudi koalisiya ortaqları Parlamenti boykot etməyə başlamış və Parlamentin buraxılması səsverməsinə qədər gedib çıxan siyasi böhrana səbəb olmuşdu. Problemin həll olunmamasına baxmayaraq, buraxılma səsverməsində kifayət qədər səs çoxluğu təmin edilməmişdi.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz