İsveç Rusiyanın hava sahəsini də pozacağından ehtiyatlanır

Kristersson, İsveç Xarici İşlər naziri Maria Malmer Stenergard və Müdafiə naziri Pal Jonson ilə birlikdə regionda İsveç təhlükəsizliyi mövzusunda mətbuat konfransı keçirib.
Polşa və Estoniyadan sonra Danimarkanın paytaxtı Kopenhagdakı hava limanlarında pilotsuz uçuş aparatlarının (dronların) aşkar edilməsini qiymətləndirən Kristersson, qeyd edib: "Rusiya hava sahəsi pozuntularını Polşa və Estoniya kimi ölkələrin hava məkanlarında etdiyi kimi, İsveç hava sahəsində də təkrarlaya bilər. Polşa və Estoniyadakı pozuntuların arxasında Rusiyanın olduğuna dair dəqiq kəşfiyyat məlumatlarımız var. Danimarka məsələsinə gəldikdə isə, hələlik eyni texniki sübutlara malik deyilik."
Rusiyanın Ukraynaya ən çox yardım göstərən qonşu ölkələri hədəf aldığını vurğulayan Kristersson, "Danimarkaya radar sistemləri və hərbi təyinatlı pilotsuz uçuş aparatı əleyhinə müdafiə sistemləri təmin edərək dəstək verəcəyik" deyib.
Xarici İşlər naziri Stenergard bildirib ki, son hadisələr fonunda NATO daxilində sıx fəaliyyət müşahidə olunur və alyans Baltik və Skandinaviya ölkələri ilə davamlı təmasdadır.
Müdafiə naziri Jonson qeyd edib ki, Rusiyanın Polşa hava sahəsini pozmasından sonra Avropanın şərq cinahında müdafiəni gücləndirməyi hədəfləyən "Eastern Sentry" adlı yeni hərbi əməliyyata dəstək göstərəcəklər.
Oxucu Şərhləri
Şərh Yaz