İdman 23.08.2025

Kadıköy'də ilk qələbə hədəfi

Kadıköy'də ilk qələbə hədəfi

Fənərbaxça Kocaelispor ilə qarşılaşır

Süper Lig-də mövsümə təxirə salınmış oyunla başlayan, daha sonra "Göztepe" səfərindən qolsuz heç-heçə ilə dönən Fənərbaxça, 3-cü həftə mübarizəsində bu axşam "Kocaelispor"u qəbul edir.

İlk üç xal hədəfi

Sarı-lacivərdlilər həm mövsümün ilk üç xalını qazanmaq, həm də "Benfika" ilə olan cavab oyunundan əvvəl ruh yüksəkliyi əldə etmək niyyətindədir. Azarkeşlər də böyük həyəcanla oyunu gözləyirlər. Satışa çıxarılan biletlər qısa müddətdə tükənib və "Çobani" stadionundakı ilk liqa sınağında komandaya tam dəstək veriləcək.

Heyətdə dəyişiklik

"Benfika" matçının heyəti ilə müqayisədə baş məşqçi Joze Mourinyo yalnız bir dəyişiklik edəcək. Qırmızı kart cəzalısı olan Oosterwoldenin əvəzinə sol mərkəz müdafiəçisində Yusuf oynayacaq.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz