Məşhur estrada ulduzları illər sonra barışdı
Mərhum Hilmi Topaloğlunun təsis etdiyi Prestij Müzik şirkəti vaxtilə Mahsun Kırmızıgül, Özcan Deniz və Alişan kimi simaları şöhrətə qovuşdurmuşdu. Həmin dövrdə eyni səhnəni bölüşən bu məşhur müğənnilər şirkətin iflasından sonra ayrı yollara çəkildilər.
Ardınca Mahsun Kırmızıgül və Alişan arasında ciddi mübahisələr yaranmış, magazin proqramları vasitəsilə bir-birləri haqqında müxtəlif iddialar səsləndirilmişdi. Mahsun Kırmızıgül, Özcan Deniz və Alişan illərlə küskün qalmışdılar.
Alişanın qardaşı Səlcuq Təktaşın vəfatı, Mahsun Kırmızıgül və Özcan Denizlə münasibətlərindəki gərginliyi aradan qaldırdı. Bu hadisədən sonra Alişan Mahsunla daha tez-tez görüşməyə başlasa da, Özcan Denizlə münasibətləri nisbətən məsafəli olaraq davam edirdi.
Lakin ötən gün üçlüyün İzmirin Çeşmə qəsəbəsində bir araya gəldiyi məlum oldu. Birlikdə səhər yeməyi edib xoş söhbət aparan Mahsun Kırmızıgül, Alişan və Özcan Denizin birgə çəkdirdikləri fotoşəkil sosial şəbəkələrdə geniş müzakirələrə səbəb oldu. Bu görüş, onların uzun illər davam edən küskünlüyünə son qoyduğunu göstərdi.
Oxucu Şərhləri
Şərh Yaz