Səhnədə Fələstin Bayrağı İzdihama Səbəb Oldu
İngiltərənin paytaxtı Londonun mərkəzində yerləşən Kral Opera Teatrında 11 gecə səhnələnən "Il Trovatore" operasının final gecəsində gözlənilməz hadisə baş verib. Sənətçilərdən biri tamaşanın sonunda səhnədə Fələstin bayrağı açaraq auditoriyanın diqqətini çəkib. Bu hərəkət salondakı tamaşaçılar tərəfindən alqışlarla qarşılanarkən, səhnə arxasından sənətçiyə edilən müdaxilə qısa müddətli çəkişməyə səbəb olub.
Bayraq Əldən Alınmağa Çalışıldı
Dünən gecə baş verən hadisənin ardından sosial şəbəkələrdə yayılan görüntülərdə, səhnə arxasından bir şəxsin bayrağı sənətçinin əlindən almağa çalışdığı aydın şəkildə görünür. Lakin sənətçi qısa bir çəkişmədən sonra bayrağı geri qaytarmağa müvəffəq olub.
“İcazəsiz Hərəkət İdi” Açıqlaması
Cozeppe Verdinin dörd pərdəli "Il Trovatore" operasının final gecəsində yaşanan hadisə ilə bağlı İngiltərə Kral Balet və Opera Təşkilatı açıqlama yayıb. Qurumun sözçüsü bu hərəkətin "icazəsiz" olduğunu vurğulayaraq bildirib ki, "Bayrağın açılması sənətçinin öz təşəbbüsü ilə həyata keçirilən icazəsiz bir hərəkət idi. Bu hərəkət Kral Opera Teatrı tərəfindən təsdiqlənməyib və tamamilə yersizdir."
Tamaşaçıların Reaksiyaları
Şounu izləyən tamaşaçılardan biri sosial mediadakı paylaşımında hadisəni belə təsvir edib: "Londondakı nüfuzlu bir teatrda heyrətamiz görüntülər yaşandı. "Il Trovatore"nin bağlanış salamı zamanı arxa plandakı sənətçilərdən biri səhnəyə Fələstin bayrağı ilə gəldi. Bayrağı yellədi, lakin sadəcə dayandı, əyilmədi və ya qışqırmadı. Səhnə arxasından biri davamlı olaraq bayrağı əlindən almağa çalışdı. İnanılmaz!"
İngiltərə mətbuatında yer alan xəbərlərə görə, adını açıqlamaq istəməyən başqa bir tamaşaçı isə səhnə arxasındakı şəxsin bayrağı sənətçidən iki dəfə almağa cəhd etdiyini, lakin tamaşaçıların telefonlarını çıxardıqdan sonra yalnız ikinci cəhdi qeydə ala bildiklərini qeyd edib. Bəzi izləyicilər bu hərəkəti "cəsur" kimi qiymətləndirərkən, digərləri isə hadisənin final gecəsinə kölgə saldığını irəli sürüb.
Oxucu Şərhləri
Şərh Yaz