İtaliya Serie A təmsilçisi İnterin İranlı ulduzu Mehdi Taremi Yaxın Şərqdə artan gərginlik səbəbindən günlərlə Tehrandan çıxa bilməyib. İsrailin İrana qarşı başlatdığı hücumların ardından yaşanan gərginlikdə futbolçu paytaxtda qapalı qalmışdı.
“Gazzetta dello Sport” qəzetinin məlumatına görə, təcrübəli hücumçu paytaxtdan ayrılaraq kilometrlərlə uzaqlıqda yerləşən, ailəsinin yaşadığı Buşehr şəhərinə getməyə nail olub.
YAŞADIĞI CƏHƏNNƏM İDİ
32 yaşlı forvardın Tehrandan çıxması, regionda yüksələn münaqişələr səbəbindən demək olar ki, qeyri-mümkün idi. İsrailin 12 gün əvvəl İrana qarşı başladığı hücumlar nəticəsində paytaxt sanki müharibə zonasına çevrilmişdi. O, yaxın çevrəsinə bu dövrü “yaşayan bir cəhənnəm” kimi təsvir edib.
KLUBUNA XƏBƏR VERDİ
Futbolçu Tehrandan ayrıldıqdan sonra “İnter”in baş məşqçisi Kristian Kivuya və klub rəsmilərinə təhlükəsiz bölgəyə çatdığını məlumat verib. Onun yaxın günlərdə Avropaya dönərək komanda yoldaşları ilə görüşməsi gözlənilir.
Taremi çətin günlər keçirsə də, “İnter” Milan heyəti hazırda daha sakit bir atmosferdə, FİFA Klublararası Dünya Kuboku çərçivəsində “River Plate” ilə keçiriləcək kritik oyuna hazırlaşır. İki fərqli coğrafiya, iki zidd mənzərə... Onun təhlükəsizliyə qovuşması həm klub, həm də azarkeşlər üçün rahatladıcı bir hadisə oldu.
TRANSFER GÜNDƏMİ
Digər tərəfdən, İtaliya mətbuatı Premyer Liqa klublarından “Fulham”ın Mehdi Taremi üçün təxminən 5 milyon avroluq təklif hazırladığını yazıb. Yaxın günlərdə transferlə bağlı danışıqların intensivləşəcəyi gözlənilir.