Qapıçı transferi gündəmdə
“Qalatasaray”ın baş məşqçisi Okan Buruk TV100-də yayımlanan “Kale Arkası” proqramında komandasının transfer planları barədə danışıb. Buruk, bu yay transferlərdə elit oyunçulara üstünlük verdiklərini, hazırda Avropanın hər yerində “Qalatasaray”dan danışıldığını vurğulayıb. Onun sözlərinə görə, klubun qarşısında bir neçə seçim var və ən qısa zamanda qapıçı transferi reallaşdırılacaq.
Okan Buruk, Belçikanın "Antverpen" klubunun qapıçısı Senne Lammensin transfer siyahısında olduğunu, ümumilikdə 6-7 nəfərlik qapıçı siyahısı hazırladıqlarını bildirib.
Müdafiə xəttinə yeni oyunçu axtarışı
Komandanın müdafiə xəttini gücləndirmək üçün də axtarışlar davam edir. Baş məşqçi 3-4 oyunçu ilə danışıqlar aparıldığını qeyd edib. Akanji ilə bağlı hələlik dəqiq bir vəziyyət olmasa da, klub transfer çalışmalarını davam etdirir.
Orta sahə transferi büdcədən asılıdır
Okan Buruk orta sahə transferinin də mümkünsüz olmadığını, lakin bunun klubun büdcəsindən asılı olduğunu vurğulayıb. O, Sane və Osimhen kimi oyunçuların transferinə böyük məbləğdə vəsait sərf olunduğunu xatırladıb.
Komandanı tərk edə biləcək futbolçular
Komandadan ayrılma ehtimalı olan futbolçularla bağlı da açıqlamalar verən Okan Buruk, Cuesta’ya bir çox klubun maraq göstərdiyini və onun Rusiyaya transferinin tamamlanmaq üzrə olduğunu bildirib. Nelsson ilə aralarında heç bir problemin olmadığını, sadəcə ötən mövsüm ehtiyatda qaldıqdan sonra psixoloji düşüş yaşadığını və getməyə qərar verdiyini deyib. Yusuf Demir və Jelertin icarəyə verilməsi, Efe Akmanın isə karyerasını xaricdə davam etdirmək istədiyi bildirilib.
Günay Güvençin performansı yüksək qiymətləndirilir
Okan Buruk Günay Güvençin performansından da razılığını ifadə edərək, onun oynadığı matçlarda çox uğurlu olduğunu və performansının komanda üçün çox önəmli olduğunu vurğulayıb. Avropa siyahısının 2 sentyabrda təqdim ediləcəyini xatırladan Buruk, bu zamana qədər müəyyən vaxtın olduğunu əlavə edib.
Oxucu Şərhləri
Şərh Yaz