Gündəm 29.06.2025

Ölümcül Cazibə: Həyatı Dəqiqələr İçində Qoparır

Avstraliyalı telejurnalist Maykl Uşer, Meksikada yerləşən Kristal Mağarasına daxil olmaq üçün iki il icazə prosesi apardı. Nəhayət, içəri addım atdığında, buranı "Təbiətin Sikstin Kapellası" adlandırdı və "sanki başqa bir planetdən gəlmiş kimi" təsvir etdi. Mağaradakı kristallar hər biri 55 tona qədər çəkiyə malikdir və bəziləri 11 metr hündürlüyə çatır.

Bu möhtəşəm mağara ilk dəfə 2000-ci ildə, Naica qəsəbəsindəki qurğuşun mədəni işçiləri tərəfindən təsadüfən kəşf edilib. Nal şəklində olan bu təbii möcüzə təxminən 110 metr uzunluğundadır.

Heyranedici Təbiət, Lakin Ölümcül Şərtlər

Kristal Mağarası görsel bir ziyafət təqdim etsə də, insanların yaşaması üçün olduqca əlverişsizdir. Daxildə temperatur 58°C-yə qədər yüksəlir, rütubət isə 90%-dən artıqdır. Maykl Uşer, çəkiliş zamanı "Gördüklərim, çətinliklə nəfəs aldığım hər saniyəyə dəyərdi" dedi.

Ekipə müşayiət edən həkimin mağaraya enməzdən əvvəl verdiyi xəbərdarlıq diqqət çəkici idi: "Bu, ikimiz üçün həyatımızın ən sərt mühiti olacaq. Həyəcanlıyam, lakin eyni dərəcədə narahatlıq hiss edirəm."

Məhdud Giriş: Mağarada Qalmaq Qadağandır

İçəri daxil olan ekip, xüsusi soyuducu qoruyucu geyimlərə baxmayaraq, bir neçə dəqiqə ərzində sırımyamyaş oldu. Onlar bunu marafon qaçışına bərabər bir səy kimi təsvir etdilər. Həkim, bədənlərinin içəridən "bişdiyini" qeyd edərək, bu mühitdə çox qalmağın həyati risk daşıdığını vurğuladı.

Böyük Britaniyalı geoloq Duqal Jerram isə gördükləri qarşısında heyrətə gəldi və mağaranı "gerçək ola bilməyəcək qədər təsir edici" olaraq xarakterizə etdi.

26 Milyon İllik Kristal Mağarası Möcüzəsi Turistlərə Qapalıdır

Elm adamlarına görə, Kristal Mağarası təxminən 26 milyon il əvvəl maqmanın yeraltı rezervuardan yüksəlməsi ilə formalaşıb. Minerallarla zənginləşmiş isti su, qaya çatlarından yuxarı sızaraq zamanla bu nəhəng kristal əmələgəlmələri yaradıb. Mağaranın daxilindəki hər bir kristal, minlərlə il sürən bir proses nəticəsində şəkillənib.

Bu qeyri-adi təbiət abidəsi, təhlükəli şərtləri səbəbindən turistlərin ziyarətinə qadağandır. Yalnız xüsusi icazə alan elm adamları içəriyə daxil ola bilirlər. Geoloq Duqal Jerram, mağaranı gəzdikdən sonra sözlərini bu cümlə ilə bitirdi: "Əgər dünyadakı yeddi geoloji möcüzəni siyahıya alsaq, bu, mütləq onlardan biri olardı."

24 saat