Dünya 04.08.2025

Qəssam Briqadaları əsirlərə ərzaq tələbinə cavab verməyə hazır

Qəssam Briqadaları əsirlərə ərzaq tələbinə cavab verməyə hazır

Həmasdan İsrailli girovlarla bağlı təklif

Qəssam Briqadalarının sözçüsü Əbu Übeydə Telegram vasitəsilə etdiyi açıqlamada, Qırmızı Xaç təşkilatından gələcək İsrailli girovlara ərzaq və dərman çatdırılması ilə bağlı hər hansı bir tələbə müsbət yanaşmağa hazır olduqlarını bildirib. O, bu təklifi qəbul etmək üçün Qəzza zolağının bütün ərazilərində əhaliyə qida və dərman təchizatını təmin edəcək humanitar dəhlizlərin davamlı və maneəsiz şəkildə açılmasını, eləcə də girovlara paketlər təhvil veriləcəyi zamanlarda bütün hava əməliyyatlarının dayandırılmasını şərt kimi irəli sürüb.

Əbu Übeydə, Qəssam Briqadalarının girovları qəsdən aclığa məruz qoymadığını vurğulayaraq, onların Qəssam Briqadalarının üzvləri və ümumilikdə Fələstin xalqının istehlak etdiyi qidalarla qidalandığını bildirib. Həmas sözçüsü, İsrailin Fələstin xalqına qarşı tətbiq etdiyi aclıq siyasəti və blokada davam edərkən, İsrailli girovların xüsusi bir imtiyaza sahib ola bilməyəcəyini xüsusi ilə qeyd edib.

İsrail Baş Nazirindən Qırmızı Xaça Çağırış

Digər tərəfdən, İsrail Baş Nazirinin Aparatından verilən yazılı açıqlamada, Baş nazir Binyamin Netanyahu Qırmızı Xaçın Regional Ofisinin rəhbəri ilə telefon danışığı aparıb. Görüş zamanı Netanyahu, Qırmızı Xaçı İsrailli girovların üzləşdiyi ağır şərait səbəbindən onlara müvafiq müalicə və qidalanma təmin etmək üçün Həmasa və Qəzzadakı bütün tərəflərə qarşı lazımi addımları atmağa çağırıb.

Qəzza zolağını blokada və hücumlarla qıtlığa sürükləyən Netanyahu, Qəzzadakı girovların "sistematik və qəsdən aclığa məruz qaldığını" iddia edib. O, Həmasın əməllərinin beynəlxalq hüquqa və Cenevrə Konvensiyasına zidd olduğunu irəli sürüb.

Yayımlanan Videoların Səbəb Olduğu Rezonans

Qəssam Briqadaları tərəfindən avqustun 1-də "Onlar da bizim yediyimizi yeyir, içdiyimizi içirlər. İşğalçı İsrail hökuməti onları ac saxlamağı seçdi" mesajı ilə bir video yayımlanmışdı. Videoda, İsrailli girovlardan birinin görüntüləri İsrailin aclığı tətbiq etdiyi Qəzzada qida çatışmazlığından bir dəri bir sümük qalmış Fələstinli uşaqların və körpələrin görüntüləri ilə müqayisəli şəkildə təqdim edilmişdi.

Qəssam Briqadaları avqustun 2-də Qəzzadakı İsrailli girovlardan Evyatar Davidin yayımlanan videosunun davamını paylaşmışdı. Videonun iyulun 27-sinə aid olduğunu deyən David, Qəzzadakı aclığa və hər keçən gün gücdən düşdüyünə diqqət çəkərək, qaldığı tunel içində qəbrini öz əlləri ilə qazdığını bildirmişdi.

Baş nazir Netanyahaya səslənən girov David, "Məncə, burada tərk edilmişəm. Sən bir baş nazir olaraq mənimlə və bütün girovlarla maraqlanmalısan. İsraildə 'girovlara diqqət yetirildiyinə' dair öyrəndiklərimin hamısı yalandır" ifadələrini işlətmişdi.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz