Galatasaray futbol komandasında Barış Alper Yılmaz ətrafında yaranan böhran yeni mərhələyə qədəm qoyub. İddialara görə, "Neom" klubundan gələn təklif səbəbindən məşqlərə qatılmayan milli futbolçu müddətsiz olaraq komandadan kənarlaşdırılıb.
Səudiyyə Ərəbistanından aldığı yüksək məbləğli təklifin rədd edilməsi fonunda Barış Alper Yılmaz klub rəhbərliyinə etirazını bildirib və son 5 məşqdə iştirak etməyib. Onun meneceri Tuncay Maldanın sosial media vasitəsilə Galatasaray klubunu hədəf alan açıqlamaları böhranın daha da dərinləşməsinə səbəb olub.
Okan Buruk və Barış Alper Yılmaz arasında görüşSuper Liqada keçiriləcək Kayserispor matçı öncəsi bütün komanda məşqə çıxarkən, baş məşqçi Okan Buruk və Barış Alper Yılmaz arasında görüş baş tutub. Təcrübəli məşqçinin Barış Alper Yılmaz-ı Kemerburqaz Tesislerinə dəvət edərək toplantı keçirdiyi bildirilir.
Barış Alper Yılmaz səhər saatlarında Kemerburqaz Tesislerinə gedərək son məşqdə iştirak etməyəcəyini bildirib. Onun özünü pis hiss etdiyini və bu səbəbdən məşqdə iştirak etmədiyini deyildiyi qeyd olunur.
Klub prezidenti Dursun Özbekin Barış Alper Yılmaz-ı satmayacaqları barədə açıqlamasından sonra rəhbərliklə fikir ayrılığı yaşayan futbolçuya "Neom" tərəfindən illik 10 milyon avrodan çox maaş təklif edildiyi bildirilir.
Rəhbərlik iddialara cavab verdiGalatasaray Sportif A.Ş. sədr müavini Abdullah Kavukçu yayılan komandadan kənarlaşdırma iddialarına cavab verib: "Bu gün bir "YouTube" kanalının "X" hesabında yayımlanan Barış Alper Yılmaz-ın müddətsiz olaraq komandadan kənarlaşdırıldığı barədə xəbərlər tamamilə əsassızdır. Bu cür xəbərlər həm oyunçumuza, həm də klubumuza zərər verir və hansı motivlə yayımlandığını anlamaq mümkün deyil."
"Barış Alper Yılmaz sədaqəti və meydandakı həvəsi ilə Galatasaray üçün çox böyük dəyərdir. Kayserispor matçının heyətində yer almaması, içində olduğu prosesin ona daha çox yük olmaması məqsədilə texniki heyətimiz və rəhbərliyimizin ortaq qərarıdır. Bu qərar tamamilə oyunçumuzu qorumaq məqsədi daşıyır və komandadan kənarlaşdırılması kimi bir vəziyyət qətiyyən söz mövzusu deyil."
"Yanlış məlumatların sürətlə yayıldığı bu dövrdə, ictimaiyyətin doğru məlumatlandırılması üçün dəyərli mətbuat nümayəndələrinin lazımi həssaslığı göstərəcəyinə inanırıq."
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz