Hər il eyni vaxtda təkrarlanan sirli bir siqnal... 154 işıq ili uzaqlıqdan gələn bu nizamlı qaralma, göyü tarayan NASA alimlərinin diqqətini cəlb etdi. Bu hadisənin arxasında nə dayanırdı? Yadplanetlilər, yoxsa başqa bir təbiət hadisəsi?
Cavab çox keçmədən tapıldı: Yerdən iki dəfə böyük, lakin indiyə qədər heç kimin fərq etmədiyi bir planet.
Yeni kəşf: Sirli Ekzoplanet
TOI-1846 b adlandırılan bu sirli süper Yer, sıradan bir planet deyil. Həm ölçüsü, həm də orbiti onu qalaktikadakı qeyri-adi nümunələrdən birinə çevirir. Səth temperaturu təxminən 315°C olmasına baxmayaraq, tədqiqatçılar hələ də bu
ekzoplanetdə suyun ola biləcəyini düşünürlər. Üstəlik, bu planetin bir tərəfi daim gündüz, digər tərəfi isə sonsuz qaranlıqdadır.
TOI-1846 b: Qeyri-adi xüsusiyyətlər
NASA-nın 2018-ci ildə kosmosa göndərdiyi TESS teleskopu tərəfindən aşkar edilən bu qəribə işıq dalğalanması hər mart ayında yenidən ortaya çıxır. Şübhələr artdıqca həm kosmosdakı, həm də yerdəki teleskoplar fəaliyyətə keçdi. Nəhayət, Fasdakı Ukaymədən Rəsədxanasından olan
astronomlar bu təkrarlanan siqnalların həqiqətən bir planetə aid olduğunu təsdiqlədilər.
TOI-1846 b-nin özəlliyi yalnız ölçüsü ilə məhdudlaşmır. Bu planet, elm adamlarının çox nadir hallarda rast gəldiyi "radius boşluğu" adlanan bir sinifə aiddir. Yəni, kiçik qayalıq planetlərlə böyük qaz nəhəngləri arasında keçid təşkil edən bir dünyadır.
Nadir planet növü və gələcək araşdırmalar
Bundan əlavə, göy cisimlərini araşdıran mütəxəssislər planetin orbitində fərq edilən yüngül sapmalar səbəbindən
TOI-1846 b-nin tək olmaya biləcəyini güman edirlər. Bəlkə də eyni sistemdə daha sərin və yaşama daha əlverişli başqa bir
ekzoplanet də mövcuddur.
NASA indi diqqətini Ceyms Uebb Kosmik Teleskopuna yönəldib. Əgər bu teleskop
TOI-1846 b-ni hədəfə alarsa, onun atmosferində su buxarı, metan, karbon qazı kimi həyat izlərini axtarmağa başlayacaq.
Kainatda təkikmi?
Elm adamları bu cür kəşflərin qalaktikamızda gizli qalan digər potensial dünyaların qapılarını aça biləcəyinə inanırlar. Çünki
TOI-1846 b yalnız bir kəşf deyil; eyni zamanda "kainatda təkikmi?" sualına verilən sirli bir cavab ola bilər.
24 saat