Dünya 25.06.2025

SON DƏQİQƏ: Kreml Ukrayna danışıqlarına yeni tarix veriləcək

SON DƏQİQƏ: Kreml Ukrayna danışıqlarına yeni tarix veriləcək
Kreml sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərin müxtəlif mövzulardakı suallarını cavablandırıb.

İranın Qərarı Anlaşılandır

Peskov, İran ilə Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) arasında yaşanan gərginlikdən narahatlıqlarını ifadə edib. O, İran Məclisinin BAEA ilə əməkdaşlığı dayandıran qanun layihəsini qəbul etməsinin “anlaşılan” bir vəziyyət olduğunu qeyd edib.

Rusiya rəsmisi, qərarın İranın nüvə obyektlərinə qarşı əsassız hücumlar səbəbindən alındığını vurğulayıb.

Ermənistanın Sabit Olmasını İstəyirik

Baş nazir Nikol Paşinyanın ölkəsində bir qrup tərəfindən planlaşdırılan çevriliş cəhdinin qarşısının alınması barədə açıqlamasını dəyərləndirən Peskov, bu vəziyyəti regional sabitlik kontekstində şərh edib. Kreml sözçüsü, "Bu, şübhəsiz ki, Ermənistanın daxili işidir. Əlbəttə ki, biz Ermənistanda hüququn, asayişin və sülhün hökm sürməsini, Ermənistanın Rusiyaya dost, firavan və sabit bir ölkə olmasını arzulayırıq" deyə bildirib.

Yeni Müzakirə Tarixi Gözlənilir

Rusiya ilə Ukrayna arasında İstanbulda keçirilən danışıqlar barədə danışan Kreml sözçüsü, müzakirələrdə üzərində razılığa gəlinən məsələlərin tətbiq edildiyini qeyd edib. Peskov, "Bu proses başa çatır. Ardınca, danışıqların yeni turunun tarixi müəyyən ediləcək" ifadələrini işlədib.

24 saat