"İlk 5 həftəni bazada qaldım"
Domeniko Tedesko, Fənərbaxçaya gəldiyi ilk günlərdən danışıb: "Fənərbaxçaya gələndə klubu yaxından tanımalı idim. Bu səbəbdən ilk 5 həftəni məşq bazasında keçirdim. Bu, mənim üçün vacib idi. Orada kiçik bir otağım var idi; yataq, dolab, televizor və kiçik bir vanna otağı… Hər gün saat 7-də iş başlayırdı və bütün günü oyun, məşq və analizlərlə doldururduq. İstanbulun sıx nəqliyyatı ucbatından evə gedib-gəlmək demək olar ki, mümkünsüz olduğundan, bazada qalmaq daha məntiqli idi."
"Azarkeşlərin ehtirası inanılmazdır"
Tedesko, Fənərbaxçanın böyüklüyünün insanı dərhal cəlb etdiyini vurğulayıb: "Azarkeşlərin ehtirası inanılmazdır. Bu klubda baş məşqçi olmaq böyük məsuliyyətdir. Hər kəs uğur qazanmaq istəyir. Mən təzyiqi sevirəm. Mənim üçün bu, enerji verən bir şeydir. Fənərbaxça azarkeşləri hər şeyi hiss edirlər. Bu intensiv duyğu mənə yaxşı təsir edir. Böyük klublardan təkliflər var idi, lakin Fənərbaxçanın layihəsi məni cəlb etdi."
"Kuboklara takıntılı deyiləm"
İtaliyalı məşqçi, kuboklara olan münasibətini də açıqlayıb: "Bəli, insanlar küçədə "Artıq çempion olmaq istəyirik" deyirlər. Bu təzyiq təbiidir. Belə klublarda gözlənti hər zaman ən yüksək səviyyədə olur. Kuboklar qazanmaq istəyirəm, lakin buna takıntılı deyiləm. Almaniya kubokunu Leypsiqdə qazandım, bu xüsusi bir hiss idi."
Domeniko Tedesko Joze Mourinyo ilə bağlı suala belə cavab verib: "Mourinyoya böyük hörmətim var. Amma mənim stilim fərqlidir. Daha sakit, daha qapalı bir ünsiyyətim var. Dava ilə deyil, etimad münasibəti ilə işləməyi üstün tuturam."
Tedesko, "Qalatasaray"da çıxış edən alman futbolçu Leroy Sane ilə bağlı suala isə "Prioritetim öz komandamdır. Rəqibləri, əlbəttə, izləyirəm, lakin diqqət mərkəzim Fənərbaxçanın uğurudur" şəklində cavab verib.
40 yaşlı məşqçi, "Fənərbaxça azarkeşləri hər şeyi hiss edirlər. Yaxşı gündə də, pis gündə də yanımızdadırlar. Onların enerjisi komandanı irəli aparır" deyə bildirib.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz