“Güneşin Kızları”, “Kötü Çocuk”, “Söz”, “Baba” kimi layihələrdə rol alan Tolga Sarıtaş, ötən iyun ayında dizayner Zeynep Mayruk ilə Alaçatıda nigah masasına əyləşmişdi.
İlk övladlarına qovuşmaq üçün gün sayan cütlükdən aktyor, sosial şəbəkədə həyat yoldaşının hamiləlik fotolarını paylaşıb.
Oğul adı
Tolga Sarıtaş və həyat yoldaşı bir ay sonra övladlarına qovuşacaqlar. Cütlük oğullarına Əli adını verəcək.
Sarıtaş 2015-ci ildə “Güneşin Kızları” serialında “Əli” obrazını canlandırmışdı. Bu rol onun karyerasında dönüş nöqtəsi olmuşdu.
Səmimi etiraflar
Aktyor daha əvvəl qatıldığı bir proqramda həyat yoldaşı ilə bağlı səmimi açıqlamalar vermişdi.
Sarıtaş aparıcının “Gülüşünüzlə bağlı gündə neçə dəfə tərif alırsınız?” sualına belə cavab vermişdi: “Adətən gülüşümlə bağlı təriflər alıram. Lakin çox yaxın dostlar arasında qəhqəhələrlə, bərkdən gülərkən Zeynəb qulağıma əyilib “Nə gözəl gülürsən” deyir. Orada ürəyim əriyir.”
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz