Şou 19.08.2025

Bred Pitt: "Ona bənzəmək üçün hər şeyimi verərdim" deyərək kumirini açıqladı

Bred Pitt: "Ona bənzəmək üçün hər şeyimi verərdim" deyərək kumirini açıqladı

Brad Pitt Formula 1 Filmi ilə Ekranlara Gəlir

Hollivud ulduzu Brad Pitt, səbirsizliklə gözlənilən yeni filmində keçmiş pilot Sonni Heyesi canlandırır. Filmdə Heyes, ağır qəzadan sonra yarış meydanlarına vida etsə də, daha sonra gənc və istedadlı bir sürücüyə mentorluq etmək üçün "APXGP" adlı komanda ilə Formula 1 dünyasına geri dönür.

Silverstone, Spa və Las Veqas kimi əsl Formula 1 traslarında çəkilən film hiperrealistik sürücülük səhnələri ilə tamaşaçıların diqqətini çəkir. Çəkilişlər zamanı xüsusi olaraq modifikasiya edilmiş F2 avtomobillərini idarə edən Pitt, təcrübəsini "Bir yuxu yaşayıram. Pitlərdə, gerçək komandaların arasında olmaq, bu idmanın enerjisini hiss etmək inanılmazdır" sözləri ilə ifadə edib.

Filmdə Pitt-ə Kerri Kondon, Xavyer Bardem və Tobias Menzis kimi tanınmış aktyorlar yoldaşlıq edir.

"Onun Kimi Olmaq Üçün Hər Şeyimi Verərdim"

Aktoru yenidən gündəmə gətirən bu ehtiras, Pitt-in illər əvvəl "Riders Italian Magazine" jurnalına verdiyi müsahibəni yada salır. Müsahibədə o, tarixin ən böyük motosiklet sürücülərindən biri hesab edilən Valentino Rossiyə olan heyranlığını dilə gətirib. Pitt, italyan idmançı üçün "O, əsl sehrbazdır, hərəkətləri ilə insanı valeh edə bilər" ifadələrini işlədib. Rossinin sürüş tərzini bir sənətə bənzədən aktyor, "Onun motosiklet üzərində etdikləri qeyri-mümkündür. Sanki rəqs edir; bu tam bir sənətdir" deyərək heyranlığını pekişdirib və "Onun kimi olmaq üçün hər şeyimi verərdim" deyə əlavə edib.

Motosikletlər Yalnız Hobi Deyil: Paparatsilərdən Qaçış Yolu

Brad Pitt-in iki təkərli nəqliyyat vasitələrinə olan sevgisi sadəcə pərəstişdən ibarət deyil. Həyatı boyu 12-dən çox motosikletə sahib olan aktyorun kolleksiyasında, keçmiş həyat yoldaşı Ancelina Colinin hədiyyə etdiyi 100.000 dollarlıq Harley-Davidson-dan tutmuş Ducati və Vespa-ya qədər bir çox dəyərli modellər yer alır. Lakin Pitt üçün motosikletlər sadəcə bir hobi yox, həm də şöhrətin gətirdiyi çətinliklərdən bir qaçış yoludur. Tanınmış aktyor, bir etirafında, "Paparatsilərdən qaçmaq üçün tez-tez motosiklet sürürəm, beləliklə zolaqları sürətlə dəyişə bilirəm" demişdi.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz