Gündəm 16.09.2025

Ülviyyə Əli təcridxanadan yazır: Siyasi məhbusun bir həftəsi: “Düşünməlisən ki, sanki həmişə burada olmusan”

Ülviyyə Əli təcridxanadan yazır: Siyasi məhbusun bir həftəsi: “Düşünməlisən ki, sanki həmişə burada olmusan”

Yəqin ki, hamıya maraqlı gələn məsələlərdən biri də həbsxanada necə vaxt keçirməyimizlə bağlıdır. Təbii ki, təcrid olduğumu nəzərə alaraq digərlərinin vaxtının necə keçdiyindən bixəbərəm, amma çalışacam ki, öz nümunəmdə 1 həftənin necə keçdiyini əhatələyim.

Azadlıqda işlərin çoxluğundan yuxu rejimimi heç cür nizama sala bilmirdim və gec saatlarda yatırdım. Həbsimdən artıq 4 gün keçmişdi, mən isə islah olunmuşdum, çünki səhər 9-10 arasında oyanırdım. Nə yalan deyim, bu, çox vaxt öz xoşumla baş vermir. Soruşsalar ki, həbsxananın ən sevmədiyin tərəfi nədir, heç düşünmədən kimsə tərəfindən oyadılmaq deyərdim, amma bu haqda bir qədər sonra…

Həbsxanada “xoz” (rusca «хозяйство» - “təsərrüfat” sözünün qısaltması) adlanan məhbuslar var. Həmin məhbuslar dövlətdən əmək haqqı alaraq təsərrüfat işləri ilə məşğul olurlar. Digər məhbuslar kameralardan çıxa bilmirlər, amma “xoz”lar həbsxana daxilində rahat hərəkət imkanına malikdirlər. Geyimlərinin üstündən fosforlu yaşıl rəngdə gödəkçə geyinirlər deyə, onları müəyyənləşdirmək də asan olur. Onlar həbs müddətlərini işləyərək keçirirlər və qazandıqları əmək haqqı ailələrinə köçürülür. Həmin işçilər məhbusların əl-qoluna çevrilirlər, soyuducuya azuqə qoyub-götürmək, həbsxana daxilindəki mağazadan nəsə almaq, təmir və digər məişət ehtiyaclarını həll edirlər. Səhər 6 radələrində “xoz”lar hər kameraya adam sayına görə adambaşına 2 soyutma yumurta və 1 çörək paylayırlar.

İndi isə gələk ağrılı məsələyə: səhər 10-a işləmiş qadın nəzarətçilər bir-bir növbə kameraları açaraq “salamatlıq” olub-olmadığını yoxlayırlar. Bəzi nəzarətçilərin səsi çox ciyiltili olur deyə, durmamaq mümkünsüz kimi bir şeydir, yuxunun ən şirin yerində oyanmalı olursan. Bundan sonra isə nadirən yenidən yuxuya gedə bilirəm. Açığı, evdə də belə idim, bu səbəbdən, yatanda telefonu səssiz rejimə qoyurdum ki, kimsə yuxumu bölməsin, amma təəssüf ki, burada kimisə səssiz rejimə almaq olmur.

Həbsxanada ikinci sevmədiyim şey isə şəxsi sahəmin olmamasıdır. Kameramızda bəzən 3, bəzən isə 2 nəfər oluruq. Hərdən insanın təkliyə ehtiyacı olur və ehtiyacı təmin edə bilmirsən. Amma kamera yoldaşlarının yaxşı düşməsi də buradakı ən böyük xoşbəxtlik sayılır.

Yuxudan kal oyandıqdan sonra bir az yerimdə fırlanıram, yuxuya gedə bilmədiyimi dərk edib, əl-üzümü yuyuram. Daha sonra dünəndən qalan tullantıları kameraların qapısının ağzına çıxarırsan ki, “xoz”lar ümumi tullantı qutularına atsınlar. Buradakı yemək işlərini öz üzərimə götürmüşəm deyə, səhər yeməyi hazırlamağa başlayıram, çalışıram menyunu zəngin edim ki, həbsxana monotonluğuna bir az rəng qatım. Azadlıqda olanda bəzi siyasi məhbus dostlarımıza da həbsə yemək bişirirdim. Tanımadığım məhbuslardan biri dedi ki: “Sizi tanıyıram, məhbuslara yemək bişirirdiniz.” Yeməklərinin təriflənməsindən ürəyim getdiyi üçün burada da yeməklərimin məşhur olması ürəyimə yayılmışdı.

Səhər yeməyindən sonra otağı yır-yığışa keçirik. Uzunluğu mənim addımlarımla 12, eni isə 8 addım olan kameranı yığışdırmaq elə də çətin deyil. Həm də iş bölgüsü etmişik. Burada ən bəyəndiyim şey isə kommuna anlayışının bəzi elementlərinin özünü qoruyub saxlamasıdır. Elə paylaşmaq da həbsxananın ən yaxşı xüsusiyyətidir. Türmədə “unudulmuş” məhbusları görmək məni çox kədərləndirir. Bəzən imkansızlıqdan, bəzən isə həmin məhbuslardan imtina etdikləri üçün ailələri yanına gəlmir və sovqat gətirmir. Düzdür, həbsxana rəhbərliyi “balanda” (məhbus yeməyi) verir, amma dadına baxmamışam deyə, bu haqda bir fikrim yoxdur. Təxmin edirəm ki, evdən gəlmiş və keyfiyyətinə əmin olduğum yeməyin yerini heç nə verməz. Elə bu səbəbdən də paylaşmaq anlayışı işə düşür, çünki qonşun ac olarkən sənin tox olmağın düz olmaz.

Evdən ancaq çiy sovqat alıram ki, yeməkləri özüm bişirim. Bu, həm də vaxtın keçməsinə və başımı qatmağıma səbəb olur. Kimsə soruşsa ki, “srok”u (həbs müddətini) necə keçirmisən, “yemək bişirərək” deyə bilərəm.

Həftədə iki dəfə zəng etmək hüququm var. Yır-yığışdan sonra zəngə çıxıram. 15 dəqiqəlik vaxt limitinə görə, həm də məlum səbəblərdən özümü senzuralamalı olduğumu dərk edərək zəngləşməkdən elə də xoşum gəlmir. Çünki məsələləri səhv anlaya, ya da alayarımçıq başa düşə bilərsən. Bu isə əlavə stress deməkdir.

Asudə vaxtın keçməsinə ən böyük köməkçi yəqin ki, TV-dir. 10 ildir yaşadığım evdə TV-dən istifadə etmirdim, amma indi onun ümidinə qalmaq özümə də bir qədər ironik gəlir. TV-də adətən musiqi kanallarına baxıram. Məhbusların ən böyük əyləncəsi isə Türkiyə istehsalı olan seriallar, Rusiya kanallarında yayımlanan filmlər və verilişlərdir. Azərbaycan kanallarına da digər kamera yoldaşlarına görə məruz qalmalı olursan. Bu isə “Çin işgəncəsi”dir. Təəssüf ki, əksər verilişlər, müğənnilər və aparıcılar bayağılıq girdabında batır. Yerli kanallarda “İctimai TV”də yayımlanan intellektual verilişlər xilasıma çatır. Bəzən isə “Mədəniyyət TV”də maraqlı verilişlər tapmaq mümkündür. Musiqi kanallarının müşayiəti ilə günortaya nə yemək bişirəcəyimi fikirləşib keçirəm hazırlığa. İstintaq təcridxanaları bir otaq və gündə sadəcə bir saat olmaqla “proqul”dan (gəzinti otağından) ibarətdir deyə, istəsən də çox hərəkət edə bilmirsən. Ona görə də həftədə iki dəfə olsa da, çalışıram sulu yeməyimə də fikir verim və bu gün menyuda pomidor şorbası var.

Bəzən kamera yoldaşım “proqul”a düşmək istəmir deyə, orada təklik ehtiyacımı ödəyir və kitab oxuyuram. Kitabı səsli şəkildə oxuduğum üçün tək olmağım daha rahat hiss etdirir. Hazırda sevimli rəssamım Karavaco haqqında kitab oxuyuram. Yeri gəlmişkən, bilməyənlər üçün deyim ki, mən jurnalistikadan əlavə rəssamlıqla da məşğulam. Burada da nəsə yaratmağa çalışıram. Düzdür, deyirlər, incəsənət sərhədsiz olur. Amma hələ ki, tikanlı məftillər ilham pərilərimin gəlməsinə imkan vermir. Ona görə çox bir şey çəkə bilmirəm. Çünki pəncərədən baxanda ancaq hasarlar və məftil görünür, səmanı belə dəmir barmaqlıq ardından görürsən. Həbsxanada ən sevmədiyim şeylərdən biri də gözləməkdir. Mən isə elə də səbirli insan deyiləm. Vaxtımın çoxu da nəyisə gözləməklə keçir. Görüş gününü, vəkilin gəlməsini. Ən əsas da rabitə imkanları məhdud olduğundan, azadlıqda olduğu kimi kiməsə zəng edib “Çatırsan?” sualını vermək olmur.

Gözləmək demişkən, hər şeyin nizamı və öz günü olduğu kimi, isti suyun da öz günləri var. Çərşənbə və cümə günlərində 1,5 saat olmaqla isti su gəlir. Bu saatları çimməyə, paltar yumağa həsr edirik. İsti su gəlməyəndə isə su qızdırıcı ilə isti su təmin edirik. Soyuq su isə saatla gəlir. Səhər 7-də gələn su günorta 3-də kəsilir. Daha sonra axşam 6-da gəlir və 11-də kəsilir. Suyun gəlmədiyi saatlar üçün qablara ehtiyat suyu yığırıq. Beləcə, günün yarısından çoxu gəlib keçir və darıxmağa imkan olmur.

Çalışıram həbsxanadakı informasiya blokadasından dolayı reallıq hissimi itirməyim. Azadlıqda olduğum dövrdə həbsdə olan siyasi məhbuslar dostlarımızla danışanda bir müddət sonra bu hissin yarandığını müşahidə edirdim. Bir də görürdün, azadlığa çıxacağı vaxtı deyirdi. Biz isə həm gülür, həm də çöldəki vəziyyəti daha sağlam analiz edə bilirdik deyə, kədərlənirdik. Bəlkə də bu, reallıq hissinin itirməklə bağlı deyil, sadəcə insanı ayaqda saxlayan şeylərdən biri olan ümiddən qaynaqlanırdı. Buna görə də, hazırda təxminən 2 ildir həbsdə olan Afiyəddin Məmmədovdan həbslə bağlı bəzi məsləhətlər istəmişdim. Onlardan biri də azadlıq haqqında düşünməmək idi. Demişdi ki, çöl haqqında düşünmək insanı tıncıxdırır. Düşünməlisən ki, sanki həmişə burada olmusan. Mən də artıq bu fikrə fokuslanmışam və olmalı olana əməl edirəm. Hətta həbs olunmamışdan aylar öncə “azadlıqda edilməli olanlar” deyə siyahı da yaratmışdım ki, gözüm arxada qalmasın, demək olar, hamısını etməyə nail olmuşdum.

Həbsim günü Bakı İstintaq Təcridxanasına çatdığım heç 2 saat deyildi. Sanki heç dərdim yoxmuş kimi düşündüm ki, bu il alça yeyə bilmədən həbs olundum. Amma sonra sovqat siyahısına alçanı əlavə etməyi unutdum. Anam bir neçə gün sonra sovqat gətirmişdi. Bağlamanı az qala ana segahı sədaları altında açacaqdım. Çünki anam alça istədiyimi sanki hiss etmişdi və alça gətirmişdi.

Çarpayımın başından pişiklərimin fotosunu asmışam. Bəzən vaxtımı onlara baxaraq da keçirirəm və ümid edirəm ki, ömürləri məni gözləməyə yetəcək. Ən həyəcanlı gələn şey isə vəkillərin gəlişini gözləməkdir. Həm gələcəyi günü dəqiq bilmirsən deyə həyəcanlı olur, həm də azadlıqla yeganə bağlantın onlar ola bilirlər deyə. Mənim üçün daha həyəcanlı gün isə cümədir, çünki sabahısı gün görüş günü olduğu üçün daha çox ona hazırlaşıram. Özümü səliqəyə salır, dırnaqlarıma boya çəkirəm və s. prosedurlarla məşğul oluram. Şənbə günü gəlir, anamla görüşürəm. Hər görüşə gedəndə həbsxananın həyətindən anama təşəkkür üçün gül dərib aparıram. Hətta anamla zarafat etmişdim ki, yaxşı ki, həbs olunmuşam, yoxsa məni belə tez-tez görməyəcəkdin. İşlərimin çoxluğundan anamla intensiv görüşə bilmirdim. Təxminən bir saatlıq görüşdən sonra sağollaşırıq və kamerama qayıdıram.

Şənbə günü də görüşdən sonra yır-yığış, yemək bişirmək, TV izləmək kimi rutin işlərlə məşğul oluram. Görüşdən sonra 1 saat ərzində ailənin gətirdiyi sovqat gəlir və siyahını yoxlamağa, gələnləri yerbəyer etməyə vaxt xərcləyirsən. Soyuducuya gedəcəklərin üzərinə kamera nömrəsi yazılır ki, dəyişik düşməsin. Bu vəziyyətə o qədər tez adaptasiya olmuşam ki, sanki ömür boyu ərzaqları nömrələməklə məşğul olmuşam.

Həftə ərzində məşğul olduğumuz şeylərdən biri də ehtiyac siyahısının tərtib edilməsidir. Növbəti sovqatda nələrə ehtiyac olduğunun müəyyən edilməsi, bitənlərin yerinə yenilərin gətirilməsi üçün siyahı tərtib olunur və aramızda bölgü aparılır ki, gələn həftəyə sovqat üçün istəyək.

Mənim üçün həbsxanada ən sıxıcı gün bazar günüdür, çünki nə zəng, nə görüş, nə də vəkil günüdür. Ona görə bu günü daha çox yataraq keçirməyə çalışıram və özümə istirahət verirəm. Azadlıqda son aylarda ən çox qulaq asdığım mahnı DDT qrupunun “Vidalaşdım” («Прощался») parçası idi. Musiqi Rusiya-Ukrayna müharibəsi səbəbi ilə Rusiyanı məcburi şəkildə tərk etməli olanlardan və vətənin hər bucağı ilə sağollaşanlardan bəhs edir. Mən də yolda gedəndə, hansısa kafedə oturanda azadlıqdakı son günlərimlə bu mahnının müşayiəti altında sağollaşırdım sanki. Yenə qulağımda “Vidalaşdım” səslənir və yuxuya getməyə çalışıram…

Mən Vətənlə o qədər uzun-uzadı vidalaşdım ki...
İkiyüzlük yükün altında basdırılmış Vətənlə.
Mən Vətənlə o qədər uzun-uzadı vidalaşdım ki,
Hələ də biz onunla bir yerdəyik.

Ülviyyə Əli

Bakı İstintaq Təcridxanası

Oxucu Şərhləri

Faiq Şahbazli
16.09.2025 15:25
Ülviyyə Əli'nin təcridxana həyatına dair təəssüratları olduqca düşündürücüdür. Həbsxana şəraitinin gündəlik həyata, xüsusən də yuxu rejiminə təsiri barədə verdiyi məlumatlar diqqət çəkicidir. "Xoz" adlandırılan məhbusların fəaliyyəti və bu şəraitdə vaxtın necə keçdiyi barədəki təsvirlər, oxucunu bu reallıqla tanış edir. Məqalədə toxunulan şəxsi sahənin olmaması məsələsi isə həbsxana həyatının psixoloji tərəflərini önə çıxarır.
Samir Cəfərov
16.09.2025 15:20
Ülviyyə Əlinin təcridxanadan yazdığı bu məqalə, siyasi məhbusların gündəlik həyatına dair olduqca təsirli bir baxış təqdim edir. Məqalədə qeyd olunan "xoz" sistemi, yəni məhkumların özləri üçün işləyərək bir növ imtiyaz qazanmaları və bu imtiyazların digər məhkumların həyatını necə asanlaşdırdığı maraqlı bir detaldır. Lakin bu sistemin özü ilə birlikdə gətirdiyi məcburi oyandırmalar və şəxsi sahənin olmaması kimi məqamlar, Ülviyyənin təcrübəsində də əksini tapır və həbsxana həyatının çətinliklərini vurğulayır. Bu, göstərir ki, Ülviyyə kimi şəxslərin yalnız fiziki deyil, həm də mənəvi və psixoloji olaraq necə böyük bir təzyiq altında olduqlarıdır.
İlqar Nəsirov
16.09.2025 15:00
Ülviyyə Əli təcridxana şəraitində siyasi məhbusun həftəsini təsvir edərək, həbsxana həyatının çətinliklərini və məhbusların gündəlik rejimini ətraflı şəkildə izah edib. Məqalədə təcrid olunmuş məhbusun vaxtını necə keçirdiyinə dair şəxsi təcrübələri bölüşülür. Xüsusilə, "xoz" adlanan və məhbusların məişət ehtiyaclarını təmin edən, həmçinin yemək paylayan məhbusların rolu diqqət çəkir. Məqalənin ən həssas hissələrindən biri isə səhər tezdən nəzarətçilərin kameraları yoxlaması və bunun məhbusların yuxusunu necə pozmasıdır. Ülviyyənin şəxsi sahənin olmamasından şikayəti də bu çətin şəraitin bir başqa tərəfini göstərir.
Aysel Ramizova
16.09.2025 14:55
Ülviyyə Əli'nin təcridxana təcrübəsini bu qədər açıq və dürüst şəkildə paylaşdığı üçün təşəkkür edirəm. Məqalə həbsxana həyatına fərqli bir pəncərədən baxmağa imkan verir. Özellikle 'xoz' dedikləri məhbusların mövcudluğu və onların digər məhbuslar üçün gördükləri işlər maraq doğurur. Lakin, nəzarətçilərin səsi ilə yuxudan oyandırılmaq və şəxsi sahənin olmaması kimi məqamlar həqiqətən də çətinlik yaradır. Ülviyyə Əli'nin bu şəraitdə belə düşünmək bacarığı heyranlıq doğurur.
Fərid Hüseynli
16.09.2025 14:45
Ülviyyə Əlinin təcridxanadan yazdığı bu məktub, həbsxana həyatının görünməyən tərəflərinə işıq tutur. Məqalənin əsas "lviyy" hissəsi, məhbusun gündəlik rutini, "xoz" adlandırılan məhbusların fəaliyyəti və ən əsası, şəxsi toxunulmazlığın pozulmasıdır. Azadlıqda yuxu rejimini nizamlamaqda çətinlik çəkən Ülviyyənin, təcridxanada birdən-birə islah olunması və səhər tezdən oyadılmağa məcbur edilməsi, təcrid rejiminin insan psixologiyasına təsirini göstərir. "Xoz" sisteminin təşkili, məhbusların gündəlik ehtiyaclarını təmin etməklə yanaşı, eyni zamanda kimlərinsə digərlərinin həyatına təsir etməsinə də yol açır. Qadın nəzarətçilərin hər səhər kameraları yoxlaması və bunun yuxunu pozması, şəxsi sahənin olmaması ilə birlikdə, Ülviyyənin həbsxana həyatından ən çox narahat olduğu məqamlardır. Bu məktub, siyasi məhbusların yalnız cəzalarını çəkməklə qalmayıb, həm də fundamental insan hüquqlarının məhdudlaşdırıldığı bir mühitdə yaşadıqlarını göz önünə gətirir.
Aytən Şahbazli
16.09.2025 14:40
Ülviyyə Əli'nin təcridxanadan yazdığı bu məqalə, həbsxana şəraitində vaxtın necə keçdiyi barədə maraqlı bir fikir verir. Xüsusilə "xoz" dedikləri məhbusların durumu və onların gündəlik həyatdakı rolu diqqətəlayiqdir. Yuxunun pozulması və şəxsi sahənin olmaması kimi məqamlar isə, sərbəstlikdə yaşanılanlardan fərqli olaraq, həbsxana həyatının çətinliklərini göz önünə gətirir.
Elvin Orxanli
16.09.2025 14:25
Bu həyat təcrübəsi, doğrusu, çox maraqlıdır, Ülviyyə xanım. Azadlıqda yuxu rejimi nizamlana bilmirmiş, amma təcridxanada səhər 9-10-a işləmiş oyanmaq da ayrı bir "nailiyyətdir" əslində. Yəqin ki, bu yuxu rejimi sayəsində "xoz"lar payladığı iki soyudulmuş yumurtanı rahatlıqla yeyə bilərsiniz. Sadəcə, o ciyiltili səslə oyandırılmaq qalsın kənara, elə bilərsiniz səhər qaçışına yox, yeni bir iş gününə qatılırsınız. Belə çıxır ki, bu qədər "şəxsi məkan" problemi olsa da, həyatınızda ən azından səhərlər bir az daha "nizamlı" olub.
Laləzar Orxanli
16.09.2025 14:20
Bu yazıdan sonra Ülviyyənin təcridxanada keçirdiyi bir həftənin təfərrüatlarını öyrənmək daha da maraqlı oldu. Lakin, bu şəraitdə belə, insan şəxsi zamanını və istirahətini necə qoruyub saxlaya bilər sualı hələ də cavabsız qalır. Təsəvvür etmək çətindir ki, yuxunun ən şirin yerində oyadılmaq, şəxsi sahənin olmaması kimi məhdudiyyətlər fonunda bir insan necə özünü əvvəlki həyatına nisbətən "islah olunmuş" hiss edə bilər? Ülviyyənin bu təcrübələri, adi həyatda təqdir etmədiyimiz bir çox şeyin dəyərini daha yaxşı anlamağımıza kömək edir.
Elnur Məmmədli
16.09.2025 14:15
Ülviyyə Əli'nin təcridxanadan yazdığı bu məqalə, həbsxana həyatının qəribəliklərini və çətinliklərini çox təsirli şəkildə çatdırır. Məqalə, xüsusilə təcrid şəraitində vaxtın necə keçdiyi, gündəlik rutinin nədən ibarət olduğu və məhbusların qarşılaşdığı sosial dinamikalar haqqında dərin düşüncələr oyadır. Ülviyyə'nin bu çətin şəraitdə belə öz fikirlərini ifadə etməsi çox əhəmiyyətlidir. Bu, insan hüquqları və azadlıqları mövzusunda daha çox müzakirəyə səbəb olacaq bir yazı kimi yadda qalacaq.
Əhməd Rzayev
16.09.2025 14:11
Ülviyyə Əlinin təsvir etdiyi bu real həyat təcrübəsi, həbsxana həyatının adi insanlar üçün nə qədər çətin və fərqli olduğunu göz önünə gətirir. Xüsusilə də təcrid şəraitində vaxtın necə keçdiyini, gündəlik rejimin necə tənzimləndiyini anlamağa çalışmaq maraqlıdır. Məqalədə qeyd olunan "xoz"lar və onların fəaliyyəti, eləcə də səhərlər oyadılma təcrübəsi, bu mühitin özünəməxsus qaydalarını və məhbusların qarşılaşdığı çətinlikləri vurğulayır. Şəxsi sahənin olmaması və digər məhdudiyyətlər də bu şəraitin ağırlığını daha da artırır. Ülviyyənin bu qədər şəffaf və dolğun təsviri, oxucunu hadisələrin içinə çəkir və düşünməyə vadar edir.
İlqar İsmayılov
16.09.2025 14:10
Ülviyyə Əlinin təsvir etdiyi təcridxana həyatı, həqiqətən də, məhkumların gündəlik rejimini, psixoloji vəziyyətini anlamaq baxımından maraqlı olsa da, onun bəzi təsvirləri ilə tam razılaşmaq mümkün deyil. Əslində, insan istənilən şəraitdə özünə, mənəvi dəyərlərinə sadiq qala bilər. Həbsxana rejiminin çətinlikləri danılmazdır, lakin bu, insanın düşüncə tərzini və ya əqidəsini tamamilə dəyişdirməməlidir. Məhz bu cür çətin anlarda insan öz daxili gücünü daha yaxşı kəşf edir.

Şərh Yaz