Aparıcı Burcu Esmersoy, 2 sentyabr 2023-cü ildə təyyarədə tanış olduğu iş adamı Nazım Akmandil ilə nikah masasına oturub. Dörd milyon izləyicisi olan "Instagram" səhifəsində məhsul tanıtımından əldə etdiyi gəlirlə tez-tez diqqət mərkəzində olurdu.
Geyim tərzi və istifadə etdiyi aksesuarları ilə də tez-tez müzakirə olunan məşhur sima artıq sahibkarlıq fəaliyyətinə başlayıb. Onun təsis etdiyi agentlik müxtəlif tədbirlər, podkastlar və sosial media idarəçiliyi sahələrində xidmət göstərir.
Məşhur aparıcının tanışlıq hekayəsi
Aparıcı xanım həyat yoldaşı Nazım Akmandil ilə tanışlıq hekayəsini belə nəql edib: "Səhər saat 08:15 reysi ilə Berlinə uçarkən, tamamilə boş təyyarədə 2A və 2B yerlərində əyləşdik. Boş təyyarədə yan-yana!" O əlavə edib: "Təyyarə qalxmadan yatan bir insanam, çünki yorucu iş tempim var. Dik vəziyyətdə yata bilirəm. Düşündüm ki, bu qədər xoş bir gəncin yanında yatmayım, birdən xoruldayaram, buna görə də başqa yerə keçdim."
"Təyyarə endikdən sonra, pasport növbəsində bir saat qırx beş dəqiqə gözlədik. Həmin növbədə iki türk olaraq tanış olub söhbətə başladıq. Bu hekayəni indiyədək heç kim bilmirdi, bunu ilk dəfədir danışıram."
Burcu Esmersoy daha əvvəl 2005-2008-ci illərdə Massimo Kuzimano, 2018-2019-cu illərdə isə Berk Suyabatmaz ilə ailə həyatı qurmuşdu.
Oxucu Şərhləri
Şərh Yaz