Şou 28.06.2025

Venedikdə ilin toyu: Bezos və Sançes evləndi

Venedikdə ilin toyu: Bezos və Sançes evləndi
Amazonun təsisçisi, ABŞ-lı milyarder Jeff Bezos və jurnalist Lauren Sançesin İtaliyanın kanalları ilə məşhur Venedik şəhərində uzun müddətdir etirazlara səbəb olan toyu baş tutub. "İlin toyu" kimi qeyd olunan bu tədbir keçən axşam San Corcio adasında, İtaliya polisinin ciddi təhlükəsizlik tədbirləri altında və çoxsaylı məşhur qonaqların iştirakı ilə "görkəmli" bir şəkildə keçirilib. Toy mətbuat üçün qapalı olsa da, Lauren Sançes evliliyini İnstaqram hesabında paylaşdığı fotoşəkil ilə elan edib, soyadına “Bezos”u da əlavə edib. Qonaqlar arasında ABŞ prezidenti Donald Trampın qızı İvanka Tramp, Kim Kardaşyan, Orlando Blum, Leonardo Di Kaprio, Oprah Uinfri, Bill Qeyts və Robert Pattinson kimi tanınmış simalar olub. Lady Qaqa isə cütlük üçün xüsusi konsert verəcəyi barədə məlumatlar yayılıb. İtaliya mediasına görə, Bezosun toyu üçün Marko Polo Hava Limanına 90-a yaxın xüsusi biznes-jet eniş edib. Toyları şəhərdə bir çox mübahisələrə səbəb olsa da, cütlük qonaqlardan toy hədiyyəsi etmək əvəzinə, şəhərin xeyrinə istifadə olunacaq xeyriyyə işlərinə ianə etmələrini istəyib.

Dünya Mətbuatı Toyu Yaxından İzLəyib

Jeff Bezos və Lauren Sançesin toyu üçün çoxsaylı jurnalist də bu şəhərə gəlib. Foto müxbirlər və operatorlar gəlin və bəy, eləcə də məşhur qonaqları kanallarda istifadə olunan kiçik qayıqlarla yaxından izləyiblər. İtaliya mətbuatında "İlin ən çox mübahisə doğuran toyu Venedikdə baş tutdu" başlıqları diqqət çəkib. Cütlüyün toy yeməkləri üçün Şimali İtaliyadakı bir şəhərdə toy etmələrinə baxmayaraq, Cənubi İtaliya mətbəxi seçildiyi qeyd olunub. Mətbuatda yayılan digər xəbərlərdə, "Forbes"a görə, 215 milyard dollarlıq sərvəti ilə dünyanın üçüncü ən zəngin adamı olan Bezosun "Venedikdə ümumilikdə 3 günlük toyu üçün 20 ilə 30 milyon avro xərcləmiş ola biləcəyi, bunun isə şəxsi sərvətinə böyük bir yük gətirmədiyi" şərhləri yer alıb.

Toy Niyə Etiraz Edilirdi?

Jeff Bezos və Lauren Sançesin toy üçün Venediki seçməsi, şəhərdə əvvəldən bəri mübahisələrə səbəb olub, son günlərdə isə müxtəlif formalarda etiraz edilib. Həftələr əvvəl şəhərin müxtəlif yerlərində "İlin toyu" kimi anılan bu təşkilata qarşı "Venedikdə Bezosun toyumu? Xeyr", "Bezosa və oliqarxlara yer yoxdur" yazıları olan afişalar asılıb. "Bezosa yer yoxdur" adlı bir etiraz hərəkatı tərəfindən şəhərin məşhur Böyük Kanalı üzərindəki Rialto Körpüsünə də eyni məzmunlu plakat asılıb.

23 iyunda Qrinpis İtaliya və İngilis "Everyone Hates Elon" (Hər kəs Elondan nifrət edir) adlı qrup, yenə də San Marko Meydanında Bezosun fotosu və ingiliscə "Düğününüz üçün Venedik'i kiralayabiliyorsanız, daha fazla vergi de ödeyebilirsiniz" (Toyunuz üçün bu şəhəri icarəyə götürə bilirsinizsə, daha çox vergi də ödəyə bilərsiniz) yazılı 400 kvadratmetrlik bir pankart açıb. Polis bunu toplayaraq kənarlaşdırıb. 26 iyunda da məşhur San Marko Meydanında, Bezosun toyunu etiraz edən təxminən 20 nəfərlik bir qrup aksiya keçirib. Əllərində ABŞ-lı milyarder əleyhinə və Qəzzada sülh çağırışı edən lövhələr daşıyan gənc bir qadın və kişi, meydandakı bayraq dirəklərinə dırmaşmağa çalışarkən polis müdaxilə edib. Toydan əvvəlki axşam da San Marko Meydanındakı zəng qülləsinə lazerlə "Krallara yox, Bezosa yox" yazısı əks etdirilib. Toy əleyhdarı qrupların şənbə günü daha bir nümayiş keçirməsi planlaşdırılır.

Hökumət və Bələdiyyə Toydan Məmnun Qalıb

Şəhərdə toya qarşı çıxanlar olsa da, Venedik Bələdiyyə Başqanı Luici Brunyaro, Bezosun şəhərlərini toy məkanı olaraq seçməsindən məmnun olduğunu və bu fikri dəstəklədiyini bildirmişdi.

Bu arada, İtaliyada sağ koalisiya hökumətindən Turizm Naziri Daniela Santançe də toy günü yazılı açıqlama yayaraq, Bezos-Sançes cütlüyünün toyunun turizmə dair göstəricilərinin azaldığı bir dövrdə əhəmiyyətli bir hadisə olduğunu qeyd edib. Santançe, bu toy sayəsində İtaliya və şəhərin qlobal görünürlüyünün artdığını bildirərək, "Bezosun toyu, İtaliyanın beynəlxalq turizm mənzərəsində getdikcə artan mərkəzliyinin güclü bir işarəsidir. Bu cür tədbirlər qlobal imicimizi gücləndirir, məşğulluq yaradır, bölgəni tanıtdırır və yeni keyfiyyətli turist axınları cəlb edir," ifadələrini istifadə edib.

24 saat