Suriyanın Süveyda Əyaləti Üçün Yol Xəritəsi
Nazirlik, cənub vilayətlərindən olan Süveydada sabitliyin qorunması, sülhün təmin edilməsi və qarşıdurmaların təkrarlanmaması məqsədilə irəli sürülən yol xəritəsini məmnuniyyətlə qarşıladığını bəyan edib. Bu yol xəritəsi Suriya, İordaniya və ABŞ tərəfindən müəyyən edilib. Nazirliyin bəyanatında bildirilib ki, "Türkiyə, torpaq bütövlüyü, birlik və suverenliyə hörmət prinsipləri əsasında, ölkəni təşkil edən bütün ünsürlərin əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşamasına yönəlmiş səyləri dəstəkləməyə davam edəcəkdir."
Daha əvvəl Suriyanın Xarici İşlər naziri Əsəd Həsən Şeybani, İordaniyanın Xarici İşlər naziri Eymen əs-Safadi və ABŞ-ın Ankaradakı səfiri, eyni zamanda bölgə üzrə xüsusi nümayəndəsi Tom Barrackın paytaxt Şamdakı Tişrin Sarayında keçirdiyi görüşdən sonra orada baş verən hadisələr üçün ortaq yol xəritəsi barədə razılığa gəlindiyi bildirilmişdi.
Süveydadakı Gərginlik və İsrail Hücumları
Cənubda yerləşən Süveyda əyalətində iyulun 13-də bədəvi ərəb qəbilələri ilə druz silahlı qruplaşmalar arasında kiçikmiqyaslı qarşıdurmalar baş verib. Bölgəyə göndərilən təhlükəsizlik qüvvələrinə druz qruplaşmalarının hücumları nəticəsində onlarla əsgər həlak olub. Toqquşmaların genişlənməsindən sonra tərəflər arasında atəşkəs əldə edilib.
Atəşkəs qısa müddətdə pozularkən, İsrail ordusu təhləsizlik qüvvələrini hədəf alan hücumlar həyata keçirib. İsrail Hərbi Hava Qüvvələri iyulun 16-da Prezident iqamətgahını, Baş Qərargahı və Müdafiə Nazirliyini vurub. Həmin gün hökumətlə yerli qruplaşmalar arasında atəşkəs yenidən təmin olunsa da, İsrail döyüş təyyarələri Şam və Dəraya hücumlar edib.
Təhlükəsizlik qüvvələrinin geri çəkildiyi vilayətdə baş verən toqquşmalarda və İsrail hücumlarında yüzlərlə insanın həyatını itirdiyi ehtimal edilir.
Oxucu Şərhləri
Şərh Yaz