Şərqi Aralıq Dənizində "EUNOMIA 6-25" Təlimi Uğurla Başa Çatıb
Yunanıstan, Cənubi Kipr Respublikası, Fransa və İtaliyanın birgə qatıldığı "Dördlü Koordinasiyalı Təşəbbüs" (QUAD) çərçivəsində Şərqi Aralıq dənizində icra olunan "EUNOMIA 6-25" adlı Dördlü Aviasiya Təlimi uğurla yekunlaşıb. Regionda təhlükəsizlik və sabitliyə töhfə vermək məqsədilə təşkil edilən bu təlim iştirakçı ölkələrin hərbi imkanlarının sintezini nümayiş etdirib.
Mürəkkəb Əməliyyatlar Həyata Keçirilib
Yunanıstan tərəfindən koordinasiya edilən EUNOMIA 6-25 təliminə Fransız firkateyni "LANGUEDOC"da keçirilən iclaslarda QUAD-a üzv dörd ölkənin yüksək səviyyəli nümayəndələri də qatılıb. Təlimdə Yunanıstan Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri və Milli Müdafiə Baş Qərargahının Xüsusi Hərb Komandanlığının (DEP) şəxsi heyəti və birləşmələri iştirak edib. Qeyd olunub ki, təlim çərçivəsində aşağıdakı kimi bir sıra mürəkkəb hərbi əməliyyatlar yerinə yetirilib:
- Hərbi Gəmilərdən Su Üstü Hədəflərə Atəş (Silah Təlimi – GUNEX)
- Hava Hücumundan Müdafiə Təlimi (ADEX)
- Birgə Sualtı Müdafiə Təlimi (CASEX)
- Axtarış və Xilasetmə Təlimi (SAREX)
- Səth Müharibəsi Təlimi (SURFEX)
- Dəniz Müdaxilə Əməliyyatları (MIO)
- İcazəsiz Gəmi Yoxlamaları (VBSS)
Əməkdaşlıq və Sabitliyə Töfhə
Təlimin başa çatması ilə bağlı yayılan bəyanatda, EUNOMIA 6-25 təliminin iştirakçı qüvvələr arasında əməkdaşlığı və qarşılıqlı fəaliyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırdığı, eyni zamanda uyğunluq və iş birliyinin güclü bir göstəricisini təmin etdiyi vurğulanıb. Həmçinin, təşəbbüsdə iştirak edən dörd ölkənin Şərqi Aralıq dənizi regionunda təhlükəsizlik və sabitliyi hədəfləyən fəaliyyətləri həyata keçirmək və əməkdaşlığı davam etdirmək istiqamətindəki ortaq iradəsi və qabiliyyəti bir daha təsdiq edilib.
Oxucu Şərhləri
Şərh Yaz