Tibetdə,
Everest dağının şərq yamacında baş verən
qar fırtınası səbəbindən yolda qalan yüzlərlə dağçı təhlükəsiz yerə çatdırılıb. Lakin daha yüzlərlə dağçı hələ də çətin hava şəraitində köməksiz vəziyyətdə qalır.
Çin dövlət mediasının məlumatına görə, Qudanq qəsəbəsinə çatan şəxslərin sayı 350-yə yüksəlib. Qalan yüzlərlə insanla da əlaqə yaradılıb.
Ölkədə qeyd olunan "Milli Gün" bayramı səbəbilə bölgədə ziyarətçilərin sayı çox idi. Heç kəsin gözləmədiyi, qəfil başlayan güclü tipi mindən çox insanın yolda qalmasına səbəb olub.
Jimu News-in əvvəlki xəbərində bildirilirdi ki, minə yaxın insanın yolda qaldığı əraziyə girişi bağlayan qartopu kütləsini təmizləmək üçün yüzlərlə yerli kəndli və xilasetmə qrupu səfərbər edilib.
-5 DƏRƏCƏYƏ DÜŞƏN HAVA İSTİLİKLƏRİ
On səkkiz nəfərlik qrupun üzvü olan Çen Qeşuanq deyib: "Dağ çox nəm və soyuq idi. Hipotermiyadan son anda xilas olduq."
Komandası ilə birlikdə ölümdən qayıdan Çen, -5 dərəcəyə enən hava istiliklərinə dözdükdən sonra, geri qayıtdıqda isti çay və şorba ilə qarşılandıqlarını və həyatlarını qurtardıqları üçün şükür etdiklərini bildirib.
Çen əlavə edib: "Kəndə qayıdanda halımıza şükür etdik. İsti yemək və çay içimizi isitdi." Bölgəyə gediş-gəlişi çətinləşdirən sıx qarı təmizləmək üçün yüzlərlə yerli könüllü və xilasetmə qrupu cəlb olunub.
3 NƏFƏRDƏ HİPOTERMİYA AŞKARLANDI
4200 metr yüksəklikdəki vadidə
qar fırtınası cümə axşamı başlayıb və şənbə günü ərzində davam edib.
Xilas edilən dağçılardan Erik Ven bildirib: "Daimi yağış və tipinin altında idik, dağı heç görmədik."
Bir müddət sonra sağ qalmaq üçün düşərgə quran qrup, "Çadırların ətrafındakı qarı hər 10 dəqiqədən bir təmizləməsəydik, qarın altında boğulub öləcəkdik" deyə qeyd edib.
Heç yatmadıqlarını vurğulayan Ven, 3 nəfərin hipotermiya keçirdiyini, lakin sağ qaldıqlarını deyib. Hətta yük heyvanlarının belə salamat qayıtdığını qeyd edib.
Dağa bilet satışları müvəqqəti olaraq dayandırılıb. Satışların bütün insanlar xilas edilənə qədər bərpa olunmayacağı açıqlanıb.
EVEREST DAĞINDA CƏSƏDLƏR YOL GÖSTƏRİR
Dünyanın ən yüksək dağı olan
Everest, 1922-ci ildən bəri ən azı 405 insanın həyatına son qoyub. Everest zirvəsinə ilk dəfə 1953-cü ildə çıxılıb.
Lakin bu zirvəyə çatmaq üçün onun yüksəkliyinə gedən yol cəsədlərlə örtülüb. Onlarla dağçının donmuş cəsədləri hələ də dağın zirvəsinə aparan yolda istiqamətverici işarə kimi istifadə olunur.
Yalnız ağ qarın və qara daşların yol göstərdiyi bu dağda cəsədlər təəccüblü şəkildə həyati əhəmiyyət kəsb edir. Dağçılar kimi xilasetmə qrupları da bu cəsədlərdən istiqaməti tapmaq üçün istifadə edirlər.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz