Gündəm 10.10.2025

Yüzminlərlə Fələstinli evinə qayıdır

Yüzminlərlə Fələstinli evinə qayıdır

İsrail və Həmas arasında atəşkəs rəsmi olaraq başladı

İsrail ordusu atəşkəsin saat 12:00-dan etibarən rəsmi olaraq qüvvəyə mindiyini açıqlayıb. Ordu bəyanatında bildirib ki, "Saat 12:00-dan etibarən İsrail ordusunun bölmələri atəşkəs razılaşması və girovların qaytarılması üçün hazırlıq məqsədilə yenilənmiş mövqelər üzrə yerləşməyə başlayıb".

Qəzza sakinləri Rəşid küçəsi vasitəsilə piyada olaraq öz məhəllələrinə qayıtmağa başlayıblar. Bölgə əhalisi, İsrailin dağıtdığı evlərinə çatmaq üçün yola düşüb.

İsrail hələ də silahlarına sarılır

Bu müddətdə İsrail ordusunun sözçüsü Rəfah keçid məntəqəsi və Filadelfiya oxuna yaxınlaşmağın "son dərəcə təhlükəli" olduğunu vurğulayıb. İsrailin "hər hansı pozuntuya qarşı" hələ də hücuma hazır vəziyyətdə olduğu bildirilib.

Müharibənin hələ bitmədiyini xatırladan İsrail, silahlarını hələ də Qəzzaya tərəf yönəltmiş vəziyyətdə saxlayır.

Müharibə, ABŞ prezidenti Donald Trampın Misirə gəlişi və ardınca müharibənin başa çatdığını elan etməsi ilə rəsmi olaraq yekunlaşacaq.

Məhbuslar azad edilir

Həmçinin, İsrail Ordu Radiosu 11 fələstinli məhbusun azad ediləcəyini xəbər verib. Lakin azad ediləcək şəxslərin kimliyi ilə bağlı "son dəqiqə dəyişikliklər"in ola biləcəyini də əlavə edib.

Bundan əlavə, İsrail Ədliyyə Nazirliyi gün ərzində 250 fələstinlinin azad ediləcəyini bildirib. Bu şəxslərdən 100-nün İordan çayının qərb sahilinə, 5 nəfərin isə Şərqi Qüdsə göndəriləcəyi açıqlanıb.

Həmin vaxt Həmas, 72 saat ərzində bütün girovları azad edəcəyinə zəmanət verib. Tərkibində Türkiyənin də olduğu vəzifə qüvvəsi isə Qəzzada itkin düşmüş ölü girovları axtaracaq.

Netanyahudan açıqlama

İsrailin Baş naziri Binyamin Netanyahunun rəsmi açıqlama verib. Baş nazir, atəşkəsin əvvəllər mümkün olmadığı barədə israr edib.

Netanyahu qeyd edib ki, "Həmas boynunda qılınc hiss etməsəydi, razılaşmaya getməzdi. Həmin qılınc hələ də onların boynundadır".

Baş nazir, Həmas üzərində təzyiq qurduğu üçün ABŞ prezidenti Donald Trampa təşəkkür edib. O bildirib ki, "Böyük dostumuz prezident Trampdan gələn və tətbiq etdiyimiz təzyiq Həmasın bütün girovlarımızı geri qaytarmasına səbəb olacaq, İsrail ordusu isə Qəzza zolağının dərinliklərində qalaraq bütün vacib mövqeləri əlində saxlamağa davam edəcək".

Netanyahu əlavə edib ki, "həlak olan və itkin düşmüş girovları tapmaq üçün işlərə tezliklə başlayacağıq".

Netanyahu çıxışında "bölgədə sülh dairəsini genişləndirmək üçün səy göstərəcəyik" deyib.

İsrailin narahatlığı

Bu müddətdə İsrailin tank birlikləri əvvəlcədən razılaşdırılmış bölgədən çəkilərək "sarı xətt"ə doğru hərəkət edib. İsrail qüvvələri geri çəkildikdən sonra belə, Qəzzanın 58 faizini hələ də işğal altında saxlayır.

İsrailin 12-ci Kanalında Qəzzadakı atəşkəslə bağlı şərh diqqət çəkib. Kanal, "Həmas bu müharibəyə Fələstin məsələsinə yenidən işıq salmaq üçün girdi. Təəssüflənirik, çünki bunu bacardı" deyib.

24 saat

Oxucu Şərhləri

Aysel Qasımova
10.10.2025 17:43
Bu atəşkəs xəbərini oxumaq çox təsirlidir, xüsusilə də bu münaqişədə uzun müddətdir davam edən zərərləri nəzərə alsaq. Yüz minlərlə Fələstinlinin evlərinə qayıda bilməsi fikri ürəkaçandır. Lakin, Baş nazir Netanyahunun "Həmas boynunda qılınc hiss etməsəydi, razılaşmaya getməzdi" sözləri mənə bir sual doğurdu. Bu razılaşmanın gələcəyi üçün nə deməkdir? Bu, davamlı bir sülhün başlanğıcımı, yoxsa yalnız bir fasilədir?
Vəfa Raufova
10.10.2025 17:38
Bu atəşkəs xəbərini oxumaq həm sevindirici, həm də düşündürücüdür. Evlərinə qayıdan Fələstinlilərin sevincini təsəvvür etmək belə insana toxunur. Ancaq İsrailin "silahlarına sarıldığı" fikri də narahatedicidir. Belə bir mühüm addım atılarkən, hər tərəfin tamamilə sülhə razı olması necə təmin oulna bilər? Ümid edirəm ki, bu atəşkəs davamlı olar və insanlar nəhayət ki, təhlükəsizliyə qovuşar.
Günay Ramizova
10.10.2025 17:34
Bu xəbəri oxuyub rahatladım ki, ən azı müvəqqəti də olsa bir sakitlik yaranıb. Yüz minlərlə insanın evləriən qayıda bilməsi çox böyük bir hiss olmalıdır. Mən də çox maraqlanıram, bəs bu atəşkəs razılaşması sayəsində azad ediləcək fələstinli məhbusların arasında uşaqlar varmı? Bu cür müharibələrdə ən çox əziyyət çəkən balacalardır.

Şərh Yaz