Afdera bölgəsinə düşən yoğun kül təbəqəsi sakinlərdə öskürək və tənəffüs çətinliklərinə səbəb olub. Vulkan patlaması nəticəsində otlaq sahələri və su mənbələri tamamilə kül altında qalıb. Meteorologiya mütəxəssisləri kül buludlarının küləklə daha geniş ərazilərə yayılacağını proqnozlaşdırırlar.
Uçuşlar ardı-ardı ləğv edildi
Yüksəkliyə qalxan kül buludları bir çox beynəlxalq uçuş marşrutlarının dəyişdirilməsinə və ya tamamilə ləğvinə səbəb olub. Hindistanın milli aviaşirkəti Air India, təhlükəsizlik yoxlamaları üçün bölgə üzərindən keçən 11 reysini dayandırdığını açıqlayıb. Digər Hindistan şirkəti Akasa Air isə son iki gündə Ciddə, Küveyt və Əbu-Dabi səfərlərini təxirə salıb. Yeni Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanından Salı günü planlaşdırılan ən azı yeddi beynəlxalq uçuş ləğv edilib, on iki reysdə isə gecikmələr yaşanıb.
Kül buludu 14 kilometrə çatdı
Tuluza Vulkanik Kül Müşahidə Mərkəzi (VAAC), vulkan patlamasından yüksələn kül buludunun 14 kilometr hündürlüyə çatdığını və Qırmızı dənizi keçərək Yəmən və Omanadək irəlilədiyini təsdiqləyib. Vulkan Addis-Abebədən təxminən 800 kilometr şimal-şərqdə, Eritreya sərhədinə yaxın bir yerdə yerləşir.
Can itkisi yoxdur, lakin təhlükə davam edir
Yerli səlahiyyətlilər, vulkan patlamasının bir neçə saat davam etdiyini və hələlik can itkisinin olmadığını bildiriblər. Regional hökumət nümayəndəsi, xüsusilə heyvandarlıqla dolanan icmaların ciddi risk altında olduğunu vurğulayaraq deyib: “Bir çox kənd kül altında qalıb və heyvanların yeməyə heç nəyi qalmayıb. İnsan və ya heyvan itkisinin yaşanmaması sevindiricidir, lakin təhlükə hələ də qalmaqdadır.”

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz