Motswedi almazının dəyəri hələ məlum deyil
HB Antwerp şirkətinin ictimaiyyətlə əlaqələr direktoru Marqo Donkiyerin verdiyi məlumata görə, bu nəhəng daşın satış qiymətini indidən müəyyən etmək olduqca çətindir. O qeyd edib ki, daş bazara çıxarılmadan əvvəl onun detallı şəkildə araşdırılması və cilalandıqdan sonra necə bir nəticə verəcəyinin öyrənilməsi vacibdir.
Son 120 ilin ən böyük kəşfi
Kanada mədənçilik şirkəti Lucara tərəfindən çıxarılan Motswedi, "son 120 ilin ən böyük kəşfi" kimi qiymətləndirilir. Bu, 1905-ci ildə Cənubi Afrikada tapılan və 3.106 karat ağırlığında olan Cullinan almazından sonra dünyada aşkar edilən ən böyük daşdır. Cullinan daha sonra doqquz hissəyə bölünmüş və bu parçaların əksəriyyəti Britaniya Kral ailəsinin zinyət əşyalarının bir hissəsinə çevrilmişdi.
Ən azı 100 milyon dollar dəyərində
Motswedinin hələ dəqiq qiymət etiketi olmasa da, indidən dünyanın dörd bir yanından böyük marağa səbəb olub. HB Antwerp, onu eyni mədəndə tapılan üç digər dəyərli daşla birlikdə nümayiş etdirir. Bu daşların arasında dünyanın üçüncü ən böyük almazı da yer alır.
Donkiyerə görə, bu dörd daşın ümumi dəyəri ən azı 100 milyon dollardır. O vurğulayıb ki, bu cür böyük ölçülü daşlar o qədər nadirdir ki, onlar asanlıqla bir muzeyə də gedə bilər və ya kolleksiyasına yeni bir parça əlavə etmək istəyən bir şeyxin əlinə keçə bilər.
Qolf topundan belə böyük
Paylaşılan fotolarda daşın bir insanın ovucunda nəhəng boyutuyla durduğu, hətta qolf topunu belə kölgədə qoyduğu müşahidə olunur.
Bu almaz Botsvananın paytaxtı Qaboronedən təxminən 480 kilometr şimalda yerləşən Karowe mədənində tapılıb. Eyni mədəndə son illərdə 1.758 karatlıq Sewelo və 1.109 karatlıq Lesedi La Rona adlı daşlar da aşkar edilmişdi.
2017-ci ildə məşhur zinyət milyarderi Laurence Graff, Lesedi La Rona-nı 53 milyon dollara satın almış, 2019-cu ildə isə Fransız moda nəhəngi Louis Vuitton, Sewelo-nu açıqlanmayan bir məbləğə kolleksiyasına əlavə etmişdi.
Oxucu Şərhləri
Şərh Yaz