Vine Fenomeni Emre Mutlunun Heyrətamiz Dəyişimi
2013-2016-cı illər arasında məşhur Vine platformasında yayımladığı videolarla böyük sosial media fenomeninə çevrilən komediyaçı Emre Mutlu, hazırda Instagram-da 2 milyondan çox izləyiciyə sahibdir. Yayımladığı paylaşımlar daim böyük marağa səbəb olan fenomen, son olaraq əldə etdiyi kilo itkisi ilə gündəmə gəlib.
18 Ayda 133 Kilo İtkisi və Yeni Görüntüsü
Mədə kiçiltmə əməliyyatından sonra 18 ay ərzində tam 133 kilo itirən Mutlu, ötən gün köhnə və indiki halını əks etdirən fotolarını paylaşıb. Məşhur simanın illər ərzindəki bu heyrətamiz dəyişimi görənləri təəccübləndirib. Emre Mutlu hələ 23 kilo daha arıqlaması lazım olduğunu da qeyd edib.
Sosial media fenomeninin bu əzmli addımı pərəstişkarları tərəfindən rəğbətlə qarşılanıb.
Oxucu Şərhləri
Şərh Yaz