Gündəm 26.11.2025

18 şəhərdə məktəblər qəfildən uzaqdan təhsilə keçir: Epidemiya nəzarətdən çıxıb

18 şəhərdə məktəblər qəfildən uzaqdan təhsilə keçir: Epidemiya nəzarətdən çıxıb

İsveçrə mərkəzli hava monitorinqi şirkəti Bağdad və Dehlidən sonra 225 mikroqram/kubmetr səviyyəsində hava kirliliyi ilə dünyanın üçüncü ən çirkli şəhərinin Təhran olduğunu açıqlayıb. Şiddətli hava çirkliliyi səbəbindən Təhrandakı Mədəni İrs, Turizm və Əl Sənətləri Nazirliyinə bağlı muzeylər və tarixi məkanlar 26-27 noyabr tarixlərində ziyarətçi qəbul etməyəcəyini elan edib. Ölkədə 18 əyalətdə isə məktəblər distant təhsilə keçəcək.

Bağdad və Dehlidən sonra hava çirkliliyi siyahısında üçüncü yerdə qərarlaşan Təhranda ardıcıl tədbirlər görülür. Bağlanacaq məkanlar arasında İran Milli Muzeyi, Rza Abbasi Muzeyi, Abginə və Çini Muzeyi, İran Xalça Muzeyi, Milli İncəsənət Muzeyi, Sədabad və Niyavaran mədəniyyət və tarix kompleksləri, eləcə də UNESCO-nun Dünya İrsi siyahısına daxil olan Gülüstan Sarayı da yer alır.

Həm Qrip Epidemiyası, Həm də Hava Kirliliyi Şəhəri Əhatə Edib

Şəhərdəki hava çirkliliyi ilə yanaşı, ölkədə qrip epidemiyası da geniş yayılmaqdadır. Həm hava çirkliliyi, həm də qrip epidemiyası səbəbindən muzeylərdən sonra məktəblər üçün də qərar qəbul edilib. "Farhikhtegan" xəbər saytı 18 əyalətdə şagirdlərin distant təhsil alacağını bildirib.

Şagirdlər Məktəbə Gedə Bilmir

Paytaxt Təhran ilə yanaşı, Əlborz, Qum, Qərbi və Şərqi Azərbaycan, Mərkəzi, Qəzvin, Semnan və İsfahan əyalətlərində şagirdlər hava çirkliliyi səbəbindən distant təhsil alarkən, Həmədan, Gilan, Yəzd, Kirman, Sistan-Bəlucistan, Cənubi və Şimali Xorasan, Rəzəvi Xorasan və Zəncan əyalətlərindəki şagirdlər isə qrip epidemiyasına görə dərslərə gedə bilmirlər.

Hava Keyfiyyəti Necə Müəyyən Edilir?

Havanın keyfiyyəti bir kubmetr havadakı bərk hissəciklərə (PM10) əsasən müəyyən edilir. Buna görə, 0-50 arası "təmiz hava" (yaşıl), 51-100 "orta" (sarı), 101-150 "həssas" (narıncı), 151-200 "sağlamlıq üçün zərərli" (qırmızı), 201-300 "pis" (bənövşəyi) və 301-500 "təhlükəli" (qəhvəyi) olaraq təsnif olunur.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz