Rusiya Dövlət Dumasından vacib qərar
Rusiya Dövlət Duması plenar iclasda "Minimum əməkhaqqı haqqında" Federal Qanunun 1-ci maddəsinə dair dəyişiklikləri üçüncü oxunuşda qəbul edib. Bu qanun layihəsi 2026-2028-ci illər üçün federal büdcə layihəsi ilə birlikdə nəzərdən keçirilərək büdcə paketinə daxil edilib.
2026-cı ildən minimum əməkhaqqında əhəmiyyətli artım gözlənilir
Qəbul edilmiş dəyişikliklərə əsasən, 2026-cı il yanvarın 1-dən etibarən minimum əməkhaqqı 27 093 rubl məbləğində müəyyən edilir. Bu qərarla, gələn ildən etibarən minimum əməkhaqqının 20 faizdən çox artacağı proqnozlaşdırılır. Qeyd olunur ki, bu tədbir ölkədə təxminən 4,5 milyon insanın əməkhaqqının artırılmasına töhfə verəcək.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz