NURGÜL YEŞİLÇAYIN GƏNCLİK FOTOSU GÜNDƏM OLDU
Türk kinosunun sevilən simalarından, ekranlardan uzun müddət uzaq qalan aktrisa Nurgül Yeşilçay, sosial media hesabındakı paylaşımları ilə hər zaman diqqət mərkəzində qalır. Aktrisa bu dəfə İnstaqram səhifəsində 21 yaşındakı gənclik fotosunu yayımlayaraq, izləyicilərinə "Mən burada kimə bənzəyirəm?" sualını ünvanlayıb. Bu səmimi paylaşım qısa zamanda böyük marağa səbəb olub və çoxsaylı şərhlər yazılıb.
AFRA SARAÇOĞLU İLƏ HEYRƏTAMİZ BƏNZƏRLİK
Yeşilçayın bu gənclik fotosu izləyicilər arasında geniş müzakirələrə yol açıb. Aktrisanın gənc yaşdakı görünüşü, xüsusilə üz cizgiləri, Türkiyənin digər məşhur aktrisası Afra Saraçoğluna heyrətamiz dərəcədə bənzədilib. Sosial şəbəkə istifadəçilərinin əksəriyyəti şərh bölməsində onu 'Afra Saraçoğlunun əkizi' kimi dəyərləndiriblər.
Məlumat üçün bildirək ki, böyük rezonans doğuran gənclik fotosunun sahibi Nurgül Yeşilçay illər öncə "Fazilet Hanım ve Kızları" serialında Afra Saraçoğlu ilə ana-qız obrazlarını canlandırmışdı. Bu, onların aralarındakı bənzərliyin daha da vurğulanmasına səbəb olub.