Gündəm 31.07.2025

2500 illik tarixi piramida yağışdan toza döndü

2500 illik tarixi piramida yağışdan toza döndü
Meksikanın Miçoakan əyalətində yerləşən Ihuatzio Arxeoloji Abidələr Sahəsindəki 2500 illik piramit, iyulun 29-u gecəsi günlərdir davam edən şiddətli yağışların ardınca çöküb. Təqribən 15 metr hündürlüyündə olan bu tarixi abidə, cənub divarından başlayaraq tamamilə dağılaraq toza dönüb.

PİRAMİDİN DAŞIYICI NÜVƏSİ CİDDİ ZƏDƏLƏNDİ

Meksika Milli Antropologiya və Tarix İnstitutu (INAH) abidənin çatlamış divarlarından içəri sızan yağış sularının bu dağıntıya yol açdığını açıqlayıb. Abidənin alt qatı, xarici fasadı və daşıyıcı nüvəsi tamamilə zərər görüb.

Dağıntıya məruz qalan bu tikili Asteklər tərəfindən fəth edilə bilməyən yeganə sivilizasiya olan P'urhepeça Krallığına aid idi. Ihuatzio bu mədəniyyətin ən qalıcı izlərindən birini özündə əks etdirirdi. Bu abidə sadəcə bir tikili deyil, həm də yaşayan bir xalqın mədəni irsinin və yaddaşının simvolu idi.

INAH rəsmiləri bu hadisə ilə bağlı açıqlama verərək, "Bu tikili sadəcə daş və torpaqdan ibarət deyil; o, bir xalqın keçmişi, müqaviməti və kimliyi idi" ifadələrini işlətdilər.

İNSANLIĞIN QLOBAL MƏDƏNİ İRSİ TƏHLÜKƏ ALTINDADIR

Mütəxəssislər bu çökməni təsadüfi bir hadisə deyil, sistemli bir nəticə kimi dəyərləndirirlər. Eyni həftədə ABŞ-ın Yuta ştatında yerləşən məşhur təbii formasiya – "Double Arch"ın da bənzər şəkildə dağılması bu fikri təsdiqləyir. Son illərdə aparılan akademik tədqiqatlar Avropa, Okeaniya və Latın Amerikasındakı tarixi abidələrin artan yağıntılar, qəfil temperatur dəyişiklikləri və quraqlıq dövrləri səbəbindən ciddi təhlükə altında olduğunu göstərib.

RƏSMİLƏRƏ GÖRƏ BU, HƏLƏ BAŞLANĞICDIR

INAH dağılmış piramidin bərpası üçün işlərə dərhal başlanacağını bəyan edib. Lakin ekspertlər bu cür və oxşar abidələrin gələcəyi üçün tək bərpa işlərinin kifayət etməyəcəyi qənaətindədirlər.

Bir rəsmi nümayəndə, "Tarixi mədəni irsimiz artıq iqlim dəyişikliyi qarşısında müdafiəsizdir. Hər gün bir az daha itkilərlə üzləşirik" deyə vurğulayıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz