TÜRKİYƏDƏ ƏN ÇOX DİNLƏNİLƏN AD SÜRPRİZ OLDU
2025-ci ildə Türkiyədə ən çox dinlənilən ad BLOK3 oldu. Eyni zamanda, ilin ən populyar mahnısı da sənətçinin “Sevmeyi Denemedin” adlı parçası seçildi. Ən çox dinlənilən sənətçilər siyahısında BLOK3-dən sonra Ati242 gəldi. Onları ardıcıllıqla Semicenk, Era7capone və Lvbel C5 izlədi.
Hər il siyahıların zirvəsində yer almağı bacaran Sezen Aksu, 2025-ci ildə də Türkiyənin ən çox dinlənilən qadın sənətçisi kimi önə çıxdı. Siyahılarda rep musiqisi üstünlük təşkil etsə də, Dedublüman, Hande Yener, Simge, Ebru Gündeş və Sərtab Ərənər kimi adlar da ilk 20-liyə daxil olaraq müxtəlif janrların güclü təmsilini təmin etdilər.
İLK YÜZ MAHNININ 98-İ TÜRKİYƏDƏNDİR
2025-ci ilin məlumatlarına əsasən, Türkiyədə yerli musiqi dinləmələri keçən illə müqayisədə 10%-dən çox artım göstərib. Bu il ən çox dinlənilən ilk 100 mahnının 98-inin yerli olması, Türkiyədə milli musiqiyə olan marağın rekord səviyyəyə çatdığını nümayiş etdirir.
İLİN MAHNISI: SEVMEYİ DENEMEDİN
2025-ci ildə Türkiyədə ən çox dinlənilən mahnı BLOK3-ün ifasında “Sevmeyi Denemedin” oldu. Onu Semicenk-in “Sen Kaldın” və BLOK3 ilə Ati242-nin birgə parçası olan “Keşke” izlədi.
Siyahının üst sıralarında yer alan digər diqqətçəkən əsərlər isə belədir:
SONBAHAR – Era7capone, Poizi, SNOW
Sana Güvenmiyorum – Dedublüman & Aleyna Tilki
QADIN SƏNƏTÇİLƏRİN YÜKSƏLİŞİ DAVAM EDİR
Siyahı həmçinin qadın musiqiçilərin yüksəlişinin sürətlə davam etdiyini ortaya qoydu. 2021-ci ildən 2025-ci ilə qədər yerli qadın sənətçilərin ən çox dinlənilən siyahılarındakı görünürlüyü 90%-dən çox artıb.
Spotify Wrapped'ın qadın sənətçiləri dəstəklədiyi EQUAL proqramı çərçivəsində 2025-ci ildə ən çox dinlənilən EQUAL sənətçi Sezen Aksu oldu. Siyahının davamında Gülşən, Hande Yener, Ebru Gündeş və 2025-ci ilin sentyabr EQUAL Səfiri “manifest” yer aldı.
REP VƏ NOSTALJİ BİR ARAYA GƏLDİ
Ən çox dinlənilən albomlarda zirvə, keçən il olduğu kimi, yenə Ati242-nin “Manifesto” albomunun oldu. Onu ilin əhəmiyyətli çıxışlarından birinə imza atan “manifest”in “manifestival” albomu izlədi.
İlk 10-luqda yer alan digər albomlar:
OBSESIF – BLOK3
SÖZDE KİMSELER SEVMİYOR – Lvbel C5
AKKOR – Melike Şahin
Siyahıda həmçinin Yaşarın “Divane”, Bengünün “İkinci Hal” və Kənan Doğulunun “Festival” kimi nostalji albomlarının da yer alması diqqət çəkdi. Bu, müxtəlif dövrlərin musiqi zövqlərinin birləşdiyini göstərir.
ZİRVƏ BAD BUNNY-NİNDİR
Dünya miqyasında ən çox dinlənilən sənətçi Bad Bunny oldu. Sənətçinin illik dinlənmə sayı 19,8 milyardı keçib.
Qlobal ilk beşlikdə bu adlar yer aldı:
Bad Bunny
Taylor Swift
The Weeknd
Drake
Billie Eilish
Dünya üzrə ilin mahnısı isə Lady Gaga və Bruno Marsın “Die With A Smile” adlı parçası oldu; mahnı 1,7 milyarddan çox dinlənildi. Bu əsər, qlobal dinləyicilər arasında böyük rəğbət qazandı.
ƏN ÇOX DİNLƏNİLƏN PODKASTLAR
2025-ci ildə Türkiyədə ən çox dinlənilən podkast seriyası “Ortamlarda Satılacak Bilgi” oldu. Onu “Kendine İyi Davran” və “Hayalhanem” izlədi.
İlk beşlikdə yer alan digər populyar podkastlar:
Meksika Açmazı
Merdiven Altı Terapi

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz