Hindistan kanalizasiyalarında ağır şərait
Siçanların, ilanların və saysız-hesabsız mikrobların at oynatdığı Hindistan kanalizasiyaları bəzi insanlar üçün məcburi bir dolunca qapısı olaraq qalmaqdadır. Dünyanın sağlamlıq baxımından ən təhlükəli işlərindən biri hesab olunan kanalizasiya təmizliyi Hindistanda əllə həyata keçirilir və bu ibtidai təmizlik prosesi zamanı heç bir qoruyucu avadanlıqdan istifadə olunmur.
İş bölgüsü və böyük risklər
Təmizləmə prosesi zamanı kişilər kanalizasiya tunellərini və foseptik çənlərini boşaltmaq üçün boyunlarına qədər çirkaba girərək böyük risklər götürürlər. Qadınlar isə bu müddətdə kanalizasiyadan çıxarılan nəcis və çirkab qalıqlarını başlarının üstündə tutduqları zənbillərdə başqa bir yerə daşıyaraq boşaldırlar.
Uşaq əməyi və acınacaqlı gələcək
Bu təhlükəli peşə bir çox insanın övladını əsla yaxınlaşdırmayacağı mühitlərdə icra edilsə də, həyat şərtləri səbəbilə bir çox uşaq ailələrinə kömək etmək üçün kiçik yaşlarından bu işə cəlb olunmağa başlayır. Hələ 15 yaşında olan uşaqlar bu qeyri-sağlam peşəyə qədəm qoyaraq onlarla xəstəliyə açıq hala gəlirlər.
Sağlamlıq təhlükələri və məcburi alkoqol istifadəsi
Bu məşğuliyyətlə məşğul olan işçilər ağciyər xərçəngi, alkoqolizm, tetanus və karbonmonoksit zəhərlənməsindən həyatlarını itirirlər. Bəzi hallarda təmizlik zamanı zəhərlənərək ölən işçilərə də rast gəlinir. Pis qoxuya və qeyri-sağlam ağır şəraitə dözə bilmək üçün qeyri-qanuni spirtli içkilər içməyə məcbur edilən və orta ömür müddəti 40 il olan işçilərin gündəlik qazancı 3 sterlinə təxminən 6.5 manata bərabərdir ki, bu da onların ancaq qarınlarını doyurmağa güclə çatır.
Oxucu Şərhləri
Şərh Yaz