Gündəm 29.06.2025

400 illik möhürlü qapı açıldı: Arxeoloqlar gözlərinə inanmadı

400 illik möhürlü qapı açıldı: Arxeoloqlar gözlərinə inanmadı
Dijon şəhərindəki Saint-Philibert Kilisesinin bərpası zamanı, beton döşəmənin altında gözlənilmədən daş pilləkən quruluşu aşkar edilib. Arxeoloqlar və memarların hərtərəfli araşdırmaları nəticəsində, bu pilləkənin sonunda 400 ildir möhürlənmiş bir gömü odası üzə çıxarılıb. Odanın içində həm uşaqlara, həm də yetkinlərə aid çoxsaylı tabut qalıqları tapılıb.

BİR NƏZƏRİYYƏ GÜNDƏMDƏDİR

Fransanın Milli Arxeoloji Araşdırmalar İnstitutu (INRAP), tapılan gömü odasının XV ya da XVI əsrlərə aid olduğunu açıqlayıb. Mütəxəssislərin fikrincə, burada dəfn olunan şəxslərin eyni dövrdə həyatını itirməsi, bölgədə keçmişdə baş vermiş epidemiya, qıtlıq və ya digər kütləvi ölüm fəlakəti ehtimalını gündəmə gətirir. Saint-Philibert Kilisesi, Roma memarlıq üslubunda inşa edilib və Dijon şəhərində bu tərzdə salamat qalan yeganə tikilidir. Lakin kilsənin taleyi Fransız İnqilabından sonra dəyişib. İbadətə bağlanan bina, XX əsrin əvvəllərində duz anbarı kimi istifadə olunub və bu müddətdə daşları ciddi zərər görüb.

TARİXİ YENİDƏN YAZAN KƏŞF

Bu məzar otağına çatmaq üçün aparılan qazıntılarda yalnız tabutlar deyil, eyni zamanda XI və XIII əsrlərə aid məzar daşları, habelə VI əsrə qədər uzanan lahitlər də aşkar edilib. Bu tapıntılar, kilsənin ətrafının yüzilliklər boyu müxtəlif dövrlərə aid dəfn sahəsi kimi istifadə olunduğunu ortaya qoyur. Bu məbəddə edilən kəşf təkcə bölgənin deyil, həm də Fransanın Orta Əsrlərdən Müasir Dövrə qədərki ölüm mədəniyyəti, epidemiya tarixi və memarlıq baxımından vacib məlumatlar təqdim edir. Arxeoloqlar, yeni tapıntılarla bölgədəki tarixi yaddaşın yenidən formalaşa biləcəyini vurğulayırlar.

24 saat