Gündəm 06.08.2025

70 illik nəhəng restoran zənciri müflis oldu: 1600 şöbə bağlandı

70 illik nəhəng restoran zənciri müflis oldu: 1600 şöbə bağlandı
Avropanın simvoluna çevrilmiş restoran zənciri Wienerwald rəsmən iflas elan edib. Almaniya mərkəzli brendin uzun sürən maliyyə çətinliklərindən sonra bu qərarı aldığı bildirilir. Wienerwald 1955-ci ildə Fridrix Yan tərəfindən Almaniyanın Münhen şəhərində təsis edilib. Əvvəlcə “Linzer Stube” adı ilə fəaliyyət göstərən restoran, qısa müddətdə adını “Weinstube zum Wienerwald” olaraq dəyişib. “Heute bleibt die Küche kalt, wir gehen in den Wienerwald” (Bu gün mətbəx soyuq qalsın, Wienerwald’a gedirik) şüarı ilə məşhurlaşan marka, 1970-ci illərdə Avropanın ən tanınmış fast-food zəncirlərindən birinə çevrilib.

Gündəlik 700 Min Toyuq Satışı

1978-ci ilə qədər Wienerwald dünya üzrə 1.600-dən çox filiala sahib idi. Yalnız alman dilli ölkələrdə 700-dən artıq restoranı olan zəncir, özünün çiçəklənmə dövründə gündəlik 700 min toyuq satdığını iddia edirdi. Bu müddət ərzində şirkət restoran biznesindən əlavə, otelçilik, toyuq fermaları, mətbəx avadanlıqları təchizatı və turizm agentlikləri kimi müxtəlif sektorlarda da fəaliyyətə başlamışdı.

2002-ci İldən Sonra Maliyyə Çətinlikləri

Lakin şirkətin parlaq dövrü uzun sürmədi. Artıq 2002-ci ildə Avstriya əməliyyatları ciddi maliyyə problemləri ilə üzləşdi. 2003-cü ildə iş adamı Kristian Ziqlerrin müdaxiləsi və apardığı yenidənqurma işləri qısa müddətli bərpa təmin etsə də, davamlı həll yolu gətirmədi. Sonradan şirkətin idarəçiliyini ələ alan keçmiş sağçı siyasətçi Harald Fişl dövründə də maliyyə çətinlikləri davam etdi. 2006-cı ilədək şirkətin təxminən 1 milyon avro borcla fəaliyyət göstərdiyi qeydlərə keçdi və bu, nəticədə şirkətin iflas elan etməsinə səbəb oldu.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz