TÜRK ATÇILIQ DÜNYASININ ƏN BÖYÜK YARIŞI – QAZİ KOŞUSU BU GÜN KEÇİRİLİR
Türk
at yarışlarının ən mötəbər tədbiri, Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün adını daşıyan və 1927-ci ildən bəri ənənəvi olaraq keçirilən bu mötəbər yarışın 99-cu buraxılışı bu gün İstanbulda baş tutacaq. Veliefendi
hipodromunda təşkil ediləcək bu önəmli hadisə saat 17:15-də start götürəcək.
Üç yaşlı saf qanlı İngilis atlarının yarış karyerasında yalnız bir dəfə iştirak etmək imkanı qazandığı 2400 metrlik ot örtüyü üzərindəki bu gərgin mübarizəyə 22 atçı qatılacaq. Ümumilikdə 22 əsas və 4 ehtiyat at yarış üçün qeydiyyatdan keçib. 99 illik Qazi ənənəsinin ən çətin yarışı kimi xarakterizə edilən bu tədbirdə açıq favorit yoxdur.
YARIŞIN PUL MÜKAFATLARI NƏ QƏDƏR OLACAQ?
Bu ilki
Gazi Koşusunun qalibinə veriləcək mükafat 30 milyon Türk Lirəsi (TL) olaraq müəyyən edilib. Yarışda ikinci yerin sahibi 12 milyon TL, üçüncü yerin sahibi 6 milyon TL, dördüncü yerin sahibi 3 milyon TL, beşinci yerin sahibi isə 1 milyon 500 min TL məbləğində mükafat alacaq.
ƏZİZ YILDIRIM VƏ ADALI QAZİDƏ BİRLƏŞDİLƏR
"Beşiktaş" Peşəkar Futbol Klubu Prezidenti və Türkiyə Atçılıq Federasiyasının (TJK) rəhbəri Sərdal Adalı, "Fənərbaxça"nın keçmiş prezidenti Əziz Yıldırım və "Fənərbaxça" Divan Heyətinin sədri Şəkip Mosturoğlu
Gazi Koşusunu izləmək üçün Veliefendi hipodromunda bir araya gəliblər.
24 saat