Gündəm 21.08.2025

AB-dən tarixi addım: İlk sağlamlıq sertifikatlı meyvə açıqlandı

AB-dən tarixi addım: İlk sağlamlıq sertifikatlı meyvə açıqlandı

Bu qərar, kivinin bağırsaq sağlamlığına faydasının elmi olaraq qəbul edildiyini və artıq qanuni şəkildə marketinq kommunikasiyasında istifadə edilə biləcəyini göstərir.

Kivinin Həzm Sisteminin İşləməsinə Rəsmi Təsdiq

Avropa Komissiyası tərəfindən yayımlanan qərarda, “kivi istehlakının nəcis ifrazının tezliyini artıraraq normal bağırsaq fəaliyyətinə töhfə verdiyi” açıq şəkildə qeyd edilib.

Qısa desək, kivi həzm sisteminin işini sürətləndirir. Bu təsdiq, Avropada sağlamlıq faydaları ilə tanıtım icazəsi verilən ilk təzə meyvə olaraq kivini xüsusi bir mövqeyə gətirir.

15 İllik Tədqiqatın Uğuru

Qərarın əsasını, gündə 2 ədəd (təxminən 200 qram) kivi istehlakının bağırsaq hərəkətlərini tənzimlədiyini göstərən 15 ildən artıq elmi araşdırma təşkil edir.

Müraciəti dünya kivi bazarının təxminən üçdə birini əlində saxlayan Yeni Zelandiya mənşəli Zespri International Limited şirkəti edib.

AB-də Sağlamlıq İddialarının Təsdiqi Çətin Prosesdir

Avropa Birliyinin bu cür sağlamlıq iddialarına icazə vermə prosesi olduqca sərt qanunlarla tənzimlənir.

Avropa Qida Təhlükəsizliyi Agentliyi (EFSA), hər bir iddianın ciddi elmi məlumatlarla dəstəklənməsini şərt qoyur. Son beş ildə cəmi üç sağlamlıq iddiası təsdiq oluna bilib. Bu səbəbdən kiviya verilən bu təsdiq, elmi cəhətdən əhəmiyyətli bir uğuru təmsil edir.

Probiotiklər Hələ də Təsdiq Gözləyir

Kivinin bu uğuru, digər bəzi məhsulların qarşılaşdığı çətinlikləri də ortaya qoyur.

Məsələn, probiotiklər hələ də AB səviyyəsində rəsmi bir tərif qazana bilməyiblər. Qatıq istehsalçıları “bağırsaq sağlamlığına faydalıdır” kimi ifadələri istifadə edə bilmirlər; yalnız “laktoza həzm etməyə kömək edir” şəklində məhdud ifadələr işlədə bilirlər.

Kivi Həqiqətən Fərq Yaradır

EFSA, 2021-ci ildə yayımladığı elmi rəydə, kivi istehlakı ilə mütəmadi bağırsaq hərəkətləri arasında səbəb-nəticə əlaqəsi olduğunu təsdiqlədi.

Bu elmi dəstək sayəsində AB, “nəcis ifrazının tezliyini artırma” ifadəsinin istehlakçı dostu bir dildə yer almasına qərar verdi.

Zespri şirkətinin baş direktoru Ceyson Te Breyk, qərardan sonra etdiyi açıqlamada, “Bu inkişaf, kivinin sağlamlığa töhfəsini daha çox insanla paylaşmağımız üçün əhəmiyyətli bir fürsətdir” dedi. Qərardan sonra kivi, AB-də “həzm sağlamlığını dəstəkləyən meyvə” olaraq bazarlana biləcək.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz