Beşiktaş Transferdə Sürəti Artırdı: İngilis Hücumçu Heyətinə Qatıldı
Türkiyə Süper Liqasının iddialı klublarından biri, ötən günlərdə transfer danışıqları üçün İstanbula gətirdiyi 27 yaşlı ingilis hücumçunu heyətinə qatdığını rəsmən elan edib. Təcrübəli forvard “Qara Qartallar”a şamil ediləcək satınalma opsiyonu ilə bir illik icarə əsasında qoşulub.
Klubdan verilən rəsmi açıqlamaya görə, 2025-2026 mövsümü üçün “Roma” klubuna 2 milyon avro icarə haqqı ödəniləcək. Müqavilədəki şərtlər yerinə yetirilərsə, futbolçunun daimi keçidi 13 milyon avroya reallaşacaq. Bu məbləğ 2026-2027 mövsümündən etibarən 2030-cu ilə qədər hissə-hissə İtaliya təmsilçisinə ödəniləcək.
Kamuyu Aydınlatma Platformasına (KAP) təqdim edilmiş bəyanatda peşəkar futbolçu Tammy Abrahamın transferi barədə klub və özü ilə razılığa gəlindiyi qeyd olunur. Anlaşmaya əsasən, hücumçuya 2025/2026 futbol mövsümündə 6.000.000 avro, 2026/2027 mövsümündə 6.500.000 avro, 2027/2028 mövsümündə 7.000.000 avro və 2028/2029 mövsümündə yenidən 7.000.000 avro zəmanətli əmək haqqı ödəniləcək.