ABŞ-dan HƏMAS-a XƏBƏRDARLIQ VƏ HƏRBİ HAZIRLIQ
ABŞ prezidenti Donald Trampın
Hamas üçün irəli sürdüyü sülh planı təhdidlə müşayiət olunmuşdu. Tramp, “ya HƏMAS bu təklifi 3-4 gün ərzində qəbul edər, ya da nəticələrinə qatlaşar” xəbərdarlığını etmişdi. Bu təhdidi yaddan çıxarmayan ABŞ prezidenti, hərbi hazırlıqlara başlayıb. ABŞ-ın ən böyük təyyarədaşıyan gəmisi “Gerald R. Ford” çərşənbə axşamı, 2025-ci il oktyabrın 1-də Cəbəllütariq boğazı vasitəsilə Aralıq dənizinə daxil olub.
AKDENİZDƏ GƏRGİNLİK: ABŞ HƏRBİ DONANMASI MÖVQELƏNİR
Təyyarədaşıyan gəminin önündə kəşfiyyat təyyarələri təhlükəsizliyi təmin etmək məqsədilə uçuşlar həyata keçirib. Bu müddətdə, gəmini müşayiət edən hücum donanmasına məxsus “USS Roosevelt” İtaliyada təmir olunub. Donald Trampın 20 maddəlik sülh təklifinin müddəti başa çatmaq üzrə ikən,
ABŞ Hərbi Donanması genişmiqyaslı hərbi əməliyyatlara səssizcə hazırlaşır.
SƏSSİZ YIĞINAQ VƏ STRATEJİ ADDIMLAR
ABŞ-dan təyyarədaşıyan gəminin Aralıq dənizində yerləşdirilməsi ilə bağlı heç bir rəsmi açıqlama verilməyib. Lakin
Hamas-ın təklifi dəyərləndirmək üçün iki günü qaldığı xatırladılıb. Gəmidən əvvəl ABŞ-ın onlarla Strateji Yanacaqdoldurma Təyyarəsi Birləşmiş Ştatlardan havaya qalxaraq Qatardakı Əl-Udeyid hərbi bazasında yerləşdirilib. Dünən isə İranın nüvə obyektlərini bombalayan B-2 "Hayalet" bombardmançı təyyarələrinin Atlantik üzərindən Avropaya doğru uçarkən görüntüləndiyi bildirilir. Birləşmiş Ştatlar rəsmi bir açıqlama verməsə də,
Orta Şərq ətrafında böyük bir hərbi qüvvə yığnağı edib. Bu yığnağın məqsədi isə yaxın günlərdə məlum olacaq.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz