Gündəm 01.09.2025

AbzasMedia - Biz çəkirik, amma siz pis düşürsünüz

AbzasMedia - Biz çəkirik, amma siz pis düşürsünüz

“Çəkirik, amma pis düşürsünüz” – bu, kameramıza hücum edən hər kəsə - polisə, seçki məntəqəsi üzvünə, hakimiyyət nümayəndəsinə dediyimiz söz idi.

İndi biz bu çəkilişlərin cəzasını çəkirik və onlar yenə mətbuat azadlığı sıralamasında pis - 180 ölkə arasında 167-ci yerə düşürlər. Çünki Azərbaycanda çəkilişə icazə verilmədiyini göstərən işarələr təkcə metrolarda deyil artıq. Hər küncdə-bucaqda gözətçi polislər kameraya bənddirlər ki, onu əlinizdən alıb, özünüzü isə həbsə göndərsinlər. Onlar bizi yaxalayana qədər biz çəkdik, amma onlar pis düşdülər.

Niyə pis düşürlər? Göstəririk.

Korrupsiya vətəndaşları artıq kanalizasiya xəttində boğub öldürür. Məsuliyyəti bir-birinizə ötürürsünüz, cəzanı isə heç kim çəkmir. Biz çəkirik, amma siz pis düşürsünüz.

Ölkənin nefti ilə zənginləşib çirkini kasıb məhəllələrə ötürdüyünüz torpaqlardan uzağa gedib ekologiyadan, təmiz havadan, sudan, yaşıl enerjidən danışıb Avropa liderləri ilə şəkil çəkdirirsiniz, amma pis düşürsünüz.

Sosial dövlətdən, gəlirlərin ədalətli bölgüsündən, yüksək rifahdan, yoxsulluğun 5 faizə endirilməsindən danışırsınız. Kameralar vətəndaşların soyuducularına dönür, pis düşürsünüz.

“Qarabağ Azərbaycandır!” deyib bir qrup məmur arasında bölüşdürürsünüz. Böyük topraq sahələrini öz şirkətlərinizə verib qarabağlıları binalara doldurursunuz. Əkin yox, heyvandarlıq yox, iş yox. “Bravo market”ə girib nisyə mal istəyirlər, pis düşürsünüz.

Azalan neftdən sonra qazdan pul çıxarmaq istəyirsiniz. Təkcə ucqarlarda deyil, paytaxtda da qazsız qalan yerlərdən qaz pulu istəyirsiniz. “Qənaət edin, xaricə satacam” deyirsiniz, pis düşürsünüz.

Polisiniz paytaxtda və bölgələrdə etiraz edən hər kəsi dubinka ilə əzir. “Bir polis də cəzalandırılmayacaq”, “Polis Söyüdlüdə özünü ləyaqətlə aparıb” deyirsiniz, pis düşünürsünüz. Üzünə gözyaşardıcı qaz vurulan yaşlı qadın əlini gözünə çəkir, pis düşürsünüz.

Məmurların tikdirdiyi göydələnlərdə fəhlə işləyənlər 2003-cü ildə onlara pulsuz paylanılan köynəkləri geyinirlər. 22 ildir özlərinə köynək ala bilməyən fəhlələr kürəklərini çevirirlər – “İlhamla irəli!” yazılıb, pis düşürsünüz.

Əsəbləşirsiniz ki, parkinq işçilərinin sürücülərdən aldıqları 20 qəpiklər hara gedir? Hər seçkidə gəlirlərinizi bəyan etməli olduğunuz blank boş görünür, pis düşürsünüz.

Azad seçkidən danışırsınız, ekrana topa bülleten, karusel əməliyyatı, videoları gəlir, bir də haradan gəldiyini bilməyən müşahidəçilər, yaxalarındakı kartlarına baxıb partiyanızın adını çəkirlər, pis düşürsünüz.

Uşaqlara dövlət qayğısından danışırsınız. Uşağınızın 11 yaşı olanda Dubayda milyonluq mülk sahibi idi. Uşaqpulu vermədiyiniz ölkədə balacaları belə dövlət qayğısı nağılına inandıra bilmirsiniz, pis düşürsünüz.

Hazır suallarla yüklədiyiniz jurnalistlərə müsahibə verirsiniz. Demokratiyadan, mətbuat azadlığından vəchlə danışırsınız. Axırda xatirə şəkli çəkdirirsiniz, məlum olur ki, azad mətbuatdan heç kim yoxdur, pis düşürsünüz.

150 il əvvəl Zərdabi “Əkinçi” qəzetini yaradanda onun sadəcə pul ehtiyacı var idi. Qapı-qapı düşüb qəzet çıxarmaq üçün pul yığırdı. Amma bu gün qəzet çıxarmaq istəsəydi, qeydiyyatı, müəyyən edilmiş sayda işçisi, yenə gündəlik müəyyən edilmiş sayda xəbəri olmalı idi ki, qəzeti çap edə bilsin. Bu gün Milli Mətbuatdan, Zərdabidən, “Əkinçi”dən danışacaqsınız, “Azərbaycanda mətbuat azaddır” deyəcəksiniz, kameralar “Kürdəxanı”ya (red.: Bakı İstintaq Təcridxanası) dönəcək, pis düşəcəksiniz.

Müəlliflər: Ülvi Həsənli, Sevinc Vaqifqızı, Elnarə Qasımova, Nərgiz Absalamova

Oxucu Şərhləri

Samir Qasımov
01.09.2025 04:41
Məqaləni oxudum və həqiqətən də “çəkirik, amma siz pis düşürsünüz” deyimin bir çox məqamlarda necə də yerinə düşdüyünü anladım. Mətbuat azadlığının belə bir vəziyyətdə olması təəssüf doğurur. Jurnalistlərin işini çətinləşdirmək, hətta buna mane olmaqla sanki özlərinin zəif tərəflərini göstərirlər. Çünki əslində “pis düşən” onlar deyil, bu cür əməllərə yol verənlərdir. Ən azından bu cür məqamları işıqlandırmaq cəsarəti göstərən "AbzasMedia"-ya təşəkkürlər. Gündəlik həyatdakı bəzi məqamlara toxunmaqla, oxuculara actual problemləri göstərdiyiniz üçün də təbrik edirəm.
Samir Cəfərov
01.09.2025 04:25
Məqalənin "çəkirik, amma siz pis düşürsünüz" şüarı ilə əslində mətbuat azadlığının necə boğulduğunu çox yaxşı ifadə etdiyini düşünürəm. Azərbaycanda jurnalistlərin işini maneəsiz yerinə yetirməsinə imkan verilməməsi, çəkilişlərin önünün kəsilməsi və hətta jurnalistlərin təqib olunması faktı hər kəsə bəllidir. Belə bir şəraitdə mətbuat azadlığından danışmaq əslində ciddi bir paradoks təşkil edir. Məqalədə qeyd olunan korrupsiya, ekoloji problemlər, sosial ədalətsizliklər kimi məsələlərin ictimaiyyətə çatdırılmasında jurnalistlərin üzləşdiyi çətinliklər bu mövzunun nə qədər həssas olduğunu bir daha göstərir. Mətbuat azadlığı təkcə "çəkmək" deyil, həm də çəkilənlərin ictimaiyyətə ədalətlə çatdırılması deməkdir.
Günay Teymurli
01.09.2025 04:19
Bu məqalə mətbuat azadlığının Azərbaycanda nə qədər məhdudlaşdırıldığını çox aydın şəkildə ortaya qoyur. Jurnalistlərin çətin şəraitdə, hətta fiziki təhlükə ilə üzləşərək informasiya yaymağa çalışması təqdirəlayiqdir. Əslində, "pis düşən" kameraya deyil, reallığı ört-basdır etməyə çalışanlara düşür. Çünki həqiqət heç vaxt gizlədilə bilməz və bir gün mütləq ortaya çıxacaq. Bu cür cəsarətli materiallar ictimaiyyətin məlumatlılığının artırılması üçün çox vacibdir.
Rəna Quliyeva
01.09.2025 04:14
Məqalə, Azərbaycanda mətbuat azadlığının mövcud vəziyyətinə dair çox dərin və düşündürücü bir mənzərə çəkir. "Çəkirik, amma siz pis düşürsünüz" ifadəsi, yalnız fiziki məhdudiyyətləri deyil, eyni zamanda cəmiyyətin müxtəlif sahələrində yaşanan neqativ halların ifşa olunması nəticəsində ortaya çıxan "pis düşmə" anlayışını da əhatə edir. Məqalənin vurğuladığı kimi, çəkilişə icazə verilməməsi, polisin müdaxiləsi və jurnalistlərin təqibi yalnız jurnalist fəaliyyətinin məhdudlaşdırılması deyil, həm də cəmiyyətdə baş verən pozuntuların, korrupsiyanın, sosial ədalətsizliklərin, ekoloji problemlərin və iqtisadi çətinliklərin ictimaiyyətdən gizlədilməsi cəhdi kimi başa düşülməlidir.

Mətbuatın "pis düşməsi"nin kökündə, əslində, cəmiyyətin "pis düşməsi"nin tərsinə çevrilmiş halı dayanır. Jurnalistlərin fəaliyyəti məhdudlaşdırıldıqca, problemlər ört-basdır edilir və bu da nəticədə cəmiyyətin bütün təbəqələrinin daha da pis vəziyyətə düşməsinə gətirib çıxarır. Məqalədə sadalanan misallar – kanalizasiya xəttində boğulan vətəndaşlar, ədalətsiz gəlir bölgüsü, işsizlik, qaz problemi və polis zorakılığı – hamısı bu "pis düşmə"nin müxtəlif təzahürləridir. Mətbuatın bu gerçəkləri çəkməyə çalışması, özləri üçün risk olsa da, cəmiyyətin bu vəziyyətdən xəbərdar olması və dəyişiklik tələb etməsi üçün yeganə yoldur. Mətbuat azadlığının olmaması, yalnız jurnalistləri deyil, bütün cəmiyyəti "pis düşürən" bir amildir.
Rəşad Həsənli
01.09.2025 04:10
Məqaləyə görə təşəkkür edirəm. "Mətbuat azadlığı" mövzusunda mövcud vəziyyəti əks etdirən bu yazı, əslində daha geniş bir narazılığın ifadəsidir. Kameranın qarşısında olanlar tək polis və ya məmur deyil, sanki ölkənin özü, onun insanları və onların həyat tərzidir. Müəlliflərin "çəkirik, amma siz pis düşürsünüz" deməsi, yalnızca auditoriyaya deyil, həm də göstərilən mənzərənin özünə ünvanlanmış bir tənqiddir. Mətbuatın sərbəst şəkildə informasiya yaymaq hüququnun məhdudlaşdırılması, obyektiv reallığı ortaya qoymaq cəhdlərinin cəzalandırılması, sonda bütün bu məhdudiyyətlərin ölkənin beynəlxalq imicinə necə mənfi təsir etdiyini göstərir. Bu, sadəcə bir reportaj deyil, eyni zamanda mövcud sosial-iqtisadi və siyasi durumun bir analizi, daha doğrusu bir etirazıdır.
Orxan Sadıqov
01.09.2025 02:39
Məqaləni böyük diqqətlə oxudum. AbzasMedia-nın jurnalistləri tərəfindən göstərilən cəsarət və peşəkarlıq həqiqətən də təqdirəlayiqdir. Mətbuat azadlığının mövcud vəziyyəti ilə bağlı qaldırılan məsələlər son dərəcə vacibdir. Sizin obyektivinizdən dünyaya baxmağa imkan verdiyiniz üçün təşəkkür edirəm. Bu cür peşəkar jurnalistika, cəmiyyətin daha yaxşı başa düşülməsi üçün əvəzedilməzdir.
Fidan İsmayılova
01.09.2025 02:34
Məqaləni diqqətlə oxudum. "AbzasMedia"nın çəkdiyi görüntülərin və məqalədə əks olunan narahatlıqların mətbuat azadlığı kontekstində dəyərləndirilməsi olduqca vacibdir. Məqalə, sanki, bir neçə sual qoyur: Mətnin əvvəlində "çəkirik, amma siz pis düşürsünüz" ifadəsi ilə vurğulanan nədir? Kamera qarşısında "pis düşən"lər kimlərdir və niyə belə bir vəziyyətdə təsvir olunurlar? Məqalədə qeyd olunan korrupsiya, sosial ədalətsizlik, ekoloji problemlər və vətəndaşların hüquqlarının pozulması kimi məsələlər nə dərəcədə həqiqətdir və bunlar mətbuat azadlığının məhdudlaşdırılması ilə əlaqəlimi? Mətbuat azadlığının aşağı sıralarda olması bu cür problemlərin gizlədilməsinə səbəb olur, yoxsa bu məhdudiyyətlər problemləri ortaya çıxarmaq istəyən jurnalistləri cəzalandırmaq üçün bir vasitədir? Bu suallar, məqalənin əsas mövzusu olan mətbuat azadlığı ilə sıx bağlıdır və müzakirəyə dəvət edir.

Şərh Yaz