Şou 12.08.2025

Acun Ilıcalı qızı Leylanın ad gününü qeyd etdi

Acun Ilıcalı qızı Leylanın ad gününü qeyd etdi

1989-1993-cü illərdə evli qaldığı Seda Başbuğdan Banu adlı bir qızı olan Acun Ilıcalı, 2003-cü ildə Zeynep Yılmazla ailə həyatı qurdu. Bu evlilikdən Leyla və Yasemin adlı iki qızı dünyaya gəldi. İkinci həyat yoldaşından 2016-cı ildə boşanıb, 2017-ci ildə Şeyma Subaşı ilə evlənən məşhur televiziyaçının bu izdivacdan da Melisa adlı bir qızı var.

Tanınmış televiziyaçı sıx iş qrafikinə baxmayaraq, fürsət tapdığı hər an qızları ilə bir araya gəlməyi laqeyd etmir.

Qızının 21-ci Ad Günü Qeyd Edildi

Məşhur televiziyaçı ötən gün 21 yaşı tamam olan qızı Leyla Ilıcalının ad gününü qeyd edib. Bu özəl gündən kadrları Instagram hesabında paylaşan Acun Ilıcalı hisslərini belə ifadə edib: "Sevimli qızım, ad günün mübarək. Körpəlikdəki şirinliyini unutmamışam, lakin böyüdükcə atanı hər zaman qürurlandırıb sevindirdin. Sənə saysız-hesabsız gözəl yaşlar diləyirəm, gəl ad günlərini həmişə üç gün qeyd edək!"

Qeyd edək ki, ad günü şənliyindən paylaşılan fotoşəkillərdə onun keçmiş həyat yoldaşı Zeynep Yılmaz da iştirak edib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz